Image default
TEXNOLOGİYA

Smart tipli sayğacların əvəzlənməsilə bağlı yaranan problemlər araşdırılır

Smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsi ilə bağlı yaranan problemlər araşdırılır.

25-27 yanvar tarixlərində Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutunun nümayəndələrinin iştirakı ilə şikayətçilərə məxsus olan istismar müddəti bitmiş 27 ədəd qaz sayğacı laboratoriya şəraitində yoxlanılıb.

Yoxlamada iştirak etmək istəyən abonentlərin iştirakı təmin olunub. Sayğaclar ən çox şikayət olunan ərazilərdən – Xəzər, Sabunçu və Binəqədi rayonlarından seçmə üsulu ilə götürülüb. Yoxlamaların nəticələri hər bir qaz sayğacı üçün müvafiq sənədlərdə əks etdirilib. Araşdırma nəticəsində bəzi sayğacların sərfiyyat aşağı olduqda qaz həcmini normaya uyğun hesablamadığı müəyyənləşdirilib və “Azəriqaz” İstehsalat Birliyi hesabına yeniləri ilə əvəz edilib.

Sayğacları əvəzləşdirilmiş abonentlərin yeni sayğaclarından qazın sərfiyyat göstəriciləri çıxarılıb və 24 saat ərzində xronometraj olunub. Xronometrajın nəticələri yoxlamada iştirak etmiş abonentlərə izah olunub və onlar aparılmış araşdırmalardan razı qaldıqlarını bildiriblər.

Eyni zamanda, adıçəkilən ərazilərə verilən qazın keyfiyyət göstəriciləri də yoxlanılıb.

Bildirilib ki, son zamanlar sosial şəbəkələrdə smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsindən sonra qaz sərfiyyatının artması ilə bağlı məlumatlar yayılıb.

Bu sahədə nəzarət tədbirlərinin davam etdirilməsi və mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılması nəzərdə tutulur.

Kateqoriya üzrə digər xəbərlər

Fransızlardan susmaları və telefondan istifadə etməmələri istənildi

Admin

Bayramqabağı karantin rejimi sərtləşdirilə bilərmi? – AÇIQLAMA

Admin

Azərbaycanda internet açılır? – RƏSMİ

Admin

“Windows 10” çox fərqli bir Başlat Menyu Dizaynını qazana bilər

Admin

Elektron imza alanların sayı açıqlanıb

Admin

“iPhone12”ni “Kontakt Home”dan almağın beş ÜSTÜNLÜYÜ

Admin

Şərh yazın