Image default
AZƏRBAYCAN

Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir – FOTO

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata  keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Araşdırmalar zamanı 9 nəfər sürücü inzibitai məsuliyyətə cəlb edilib.

Bundan başqa polis əməkdaşlar tərəfindən piyada keçidlərindən istifadə etməyən şəxslər də saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib. Edilən xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən 6 nəfər barəsində müvafiq tədbir görülüb.

 

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Amerikada yaşayan azərbaycanlılara MÜRACİƏT

Admin

Ölkəmiz növbəti qapanmaya dözməyəcək – Qaribaşvili

Admin

Hannover şəhərində Azərbaycan ordusuna dəstək mitinqi keçirilib

Admin

Prezident: “Hədəfimiz Qarabağın tacı olan Şuşa idi”

Admin

Ramiz Əzizbəyli harada dəfn olunacaq? – AÇIQLAMA

Admin

Baş prokuror deputata vəzifə səlahiyyətlərini aşmaq maddəsi ilə cinayət işi açılmasının səbəbini izah etdi

Admin

Şərh yazın