Image default
AZƏRBAYCAN DÜNYA

Şahin Mustafayev İrana gedib

İranın neft naziri Bijen Zengene İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşüb.

Bu barədə “Mehr” agentliyi məlumat yayır.

İki ölkə arasındakı əlaqələrə toxunan Zengene bilidib ki, İran-Azərbaycan əlaqələri son illərdə neft, təbii qaz və enerji sektorlarında, xüsusilə Xəzər dənizində ortaq yataqların işlənməsində müsbət səviyyədə inkişaf edib.

Sanksiyalardan qaynaqlanan xarici təzyiqlər səbəbindən bəzi razılaşmaların həyata keçirilə bilməyəcəyinə diqqət çəkən Zengene bu əlaqələrin iki ölkə liderlərinin marağı sayəsində güclənəcəyinə inandıqlarını bildirib.

Zengene İran ilə Azərbaycan Respublikası arasında ticarət əlaqələrinin inkişafını da vurğulayıb.

Şahin Mustafayev də öz növbəsində iki ölkə arasındakı münasibətlərin müxtəlif sahələrində konstruktiv danışıqlar yolu ilə əhəmiyyətli irəliləyişə nail olunduğunu qeyd edib.

“Bu sahələrdən biri də neft və qaz sektorunda müəyyən uğurların əldə edilməsi ilə bağlı əməkdaşlıqdır. Birgə qaz əməkdaşlığı sahəsində də uzun bir tariximiz var və 2004-cü ildən bəri Naxçıvan Muxtar Respublikasının ehtiyac duyduğu qaz İran tərəfindən təmin edilir. Biz bunu qiymətləndiririk”, – deyə Mustafayev bidirib.

Kateqoriya üzrə digər xəbərlər

Müdafiə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ

Admin

Yol Polisindən əhaliyə ÇAĞIRIŞ

Admin

Zərdabda toy edən şəxslər cərimələndi

Admin

Sürücülərin NƏZƏRİNƏ: Bu xətalara görə cərimə ödəniləcək – VİDEO

Admin

Qarabağ icması bəyanat verdi: Ermənistan törətdiyi cinayətləri gizlədə bilməyəcək

Admin

İzmir zəlzələsinin qurbanlarının sayı artır; 800-dən çox yeni avtoşok – YENİLƏNİB

Admin

Şərh yazın