Image default
DÜNYA HADİSƏ / CİNAYƏT

Saakaşvilini öldürmək istəyirlər – Vəkilindən SENSASİYA

Eks-prezident Mixeil Saakaşvilini türmədə qiyam imitasiyası ilə məhv etməyi planlaşdırırlar.

Bu sözləri “Mtavari arxi” kanalının rəhbəri, Saakaşvilinin vəkili Nika Qvaramiya deyib.

“Bizim məlumatımıza görə, Saakaşvilinin köçürüldüyü türmə xəstəxanasında məhv edilməsi üçün türmədə qiyam imitasiyası hazırlanır”, – o iddia edib.

Qvaramiya deyib ki, türmə xəstəxanasına artıq bir neçə məhkum gətirilib.

Vəkil hakimiyyətdən yaxın saatlarda Saakaşvilinin təhlükəsizliyini təmin etmək üçün addımlar atmağı və onu çoxfunksiyalı xəstəxanaya köçürməyi tələb edib.

Qvaramiya onu da deyib ki, 24 gün aclıq məhkumun ürəyinin dayanmasına da səbəb ola bilər:

“Saakaşvili üçün ən böyük risk ürək dayanmasıdır. Onun yatdığı xəstəxanada kardioloji xidmət ikinci səviyyədə olmalıdır. Bu isə türmə xəstəxanasında yoxdur”.

O, bu məsələ ilə bağlı yardım üçün səhiyyə naziri və ombudsmana da çağırış edib.

Kateqoriya üzrə digər xəbərlər

Tramp “ABŞ-ı yenidən möhtəşəm etməyə” qayıdacaq

Admin

ABŞ “Taliban”la əməkdaşlığı genişləndirəcək?

Admin

Ermənistan Qarabağ məsələsində doğru yolda deyil

Admin

Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir – FOTO

Admin

Təqaüddə yaşamaq üçün dünyanın ən yaxşı ölkələrinin adları açıqlanıb

Admin

Paşinyan “Samo” ləqəbli canini Xankəndinə göndərir

Admin

Şərh yazın