Image default
HƏRBİ

“Səsləsəm, dikələr dağ qardaşlarım, istəsən, tarixi bir də başlaram!”: Düşmənə qan udduran dörd oğul – VİDEO

Hüseynovlar ailəsinin İkinci Qarabağ Müharibəsində xüsusi xidmətləri olub, desək, heç də yanılmarıq. Məhz bu ailənin dörd oğlu Vətən Müharibəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. 

Tovuz rayonunun Dondar Quşçu kəndindən olan Səməd, Elnur və Kamran Hüseynov qardaşları sentyabrın 27-dən başlayan döyüşlərdə fəallıq nümayiş etdiriblər.

Onlardan üçü ixtisaslı zabit, biri müddətdən artıq hərbi qulluqçu kimi Vətən Müharibəsinə qatılıb. Səməd, Elnur və Kamran Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitiriblər.

Onlardan ikisi hərbi təyyarəçi, Elnur hava hücumundan müdafiə üzrə mütəxəssisdir. Qardaşlardan digəri – Afiq müddətdən artıq hərbi qulluqçudur.

Dörd igidin atası Mahir Hüseynov deyir ki, ən böyük arzusu övladlarını hərbçi görmək olub.

Daha ətraflı Baku TV-nin videoreportajında:https://www.youtube.com/embed/WaJSr6HogyA

Kateqoriya üzrə digər xəbərlər

İlham Əliyev: “Deyir ki, məsələnin hərbi həlli yoxdur. Kim deyir ki, yoxdur?”

Admin

Mülki əhali arasında yaralananların sayı 171-ə çatdı

Admin

ABŞ səfirliyi Azərbaycan sülhməramlılarına təşəkkür etdi – FOTO

Admin

Ordumuzun ələ keçirdiyi düşmən texnikaları ilk dəfə görüntüləndi – VİDEO

Admin

XTQ gizirinin qəzaya düşməsi ilə bağlı DİN-dən AÇIQLAMA

Admin

Ermənilər Tərtərə 20-yə yaxın top mərmisi atıb

Admin

Şərh yazın