Image default
HƏRBİ

Sərhəddə vəziyyət YENİDƏN KƏSKİNLƏŞDİ – Növbəti TOQQUŞMAYA DOĞRU

Qırğızıstanla Tacikistan arasındakı sərhəddə vəziyyət yenidən kəskinləşib.

Orta Asiya KİV-ləri xəbər verir ki, rəsmi Bişkek Qırğızıstan tərəfini sərhədlərin delimitasiyasına və demarkasiyasına dair əldə edilmiş razılaşmaları pozmaqda ittiham edib. Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin bu gün səhər yaydığı bəyanatda bildirilir ki, iyunun 4-də, təxminən saat 03.00 radələrində tacik tərəfi Oş vilayətinin Çon-Alay rayonunda, Unju Bulak adlanan ərazidə konteynerlər yerləşdirməyə başlayıb. Bununla da Tacikistan hərbçiləri Qırğızıstan ərazisinin içərilərinə doğru 1000 metrə qədər irəliləyib.

Habelə Tacikistan tərəfi sərhədə yüngül zirehli texnika, şəxsi heyət və avtomobil texnikası cəmləşdirir. Qırğızıstan tərəfi vəziyyəti nizamlamaq üçün Tacikistan tərəfi ilə əlaqə saxlamağa çalışsa da, tacik sərhədçiləri telefon zənglərinə cavab verməyiblər. Yaranmış vəziyyətlə bağlı Bişkekdən hökumət rəsmiləri sərhədə yollanıblar.

İki Orta Asiya respublikası arasında sərhəd münaqişəsi aprelin 28-də, “Qolovnoy” adlı sovet dövründə tikilmiş su anbarı ətrafındakı mübahisələrə görə başlayıb. Və sürətlə silahlı toqquşmaya çevrilib. Tankların və artilleriyanın da tətbiq edildiyi, iki gün davam edən toqquşmalarda hər iki tərəfdən onlarla hərbçi və mülki şəxs həlak olub. Tərəflər aprelin 29-da axşam atəşin dayandırılması və hərbi bölmələrin sərhəddən geri çəkilməsi barədə razılıq əldə ediblər. (virtualaz.org)

Kateqoriya üzrə digər xəbərlər

DİN-dən düşmən təxribatı ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Admin

İordaniya senatoru Ermənistanın hərbi təxribatlarını sərt şəkildə pislədi

Admin

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

Admin

Ermənilərin atdığı top mərmiləri Tərtərdə uşaq bağçasına düşdü

Admin

Ön cəbhəyə yollanan bərbər: “300-ə yaxın əsgərimizin saçını qırxdım”

Admin

Şəhid atası: “Gözümün ağı-qarası bir oğlum vardı”

Admin

Şərh yazın