Image default
HADİSƏ / CİNAYƏT

Şəmkirdə qadın qohumu tərəfindən qətlə yetirilib

Şəmkir rayonunda qətl hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 5-də rayonun İrmaşlı kənd sakini Aybəniz Alıyevanın döş qəfəsində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evdə tapılması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla bu cinayət əməlinin mərhumun qohumu R.Tağıyev tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib. Ondan A.Alıyevadan götürdüyü 10 000 rubl, 210 manat pul və qızıl-zinət əşyalarını sataraq əldə etdiyi 300 ABŞ dolları aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Kateqoriya üzrə digər xəbərlər

Gəncədə baş vermiş qətlin bəzi təfərrüatı məlum olub – YENİLƏNİB-2

Admin

DTX tərəfindən həbs edilən sabiq icra başçısının son durumu

Admin

Qaradağ rayonunda ikimərtəbəli evdə yanğın baş verib

Admin

Bakıda işıq sayğacının içindən ilan çıxdı – FOTO

Admin

Bakıda həbsdə olan ərinə narkotik aparan şəxs tutuldu – FOTO

Admin

Xaçmazda evdən külli miqdarda narkotik bitki aşkarlandı

Admin

Şərh yazın