Image default
HADİSƏ / CİNAYƏT

Şəkidə gizli cəbbəxana saxlayan şəxs ələ keçdi

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, Polis Şöbəsinə şəhər sakini Abdullətif Bayramovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin zirzəmisindən “Makarov” və “Naqan” tipli tapançalar, onlara aid 22 ədəd patron, bir ədəd lüləsi kəsilmiş və bir ədəd qoşalülə ov tüfəngləri, həmçinin pnevmatik “TİR” tüfəngi, idman tapançası və ona aid 6 ədəd giliz, qırmalar və pistonlar, 5 ədəd bıçaq aşkarlanaraq götürülüb. Götürülən maddi sübutlar ekspertizaya göndərilib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Kateqoriya üzrə digər xəbərlər

Kürdəmirdə ağır yol qəzası olub, ölən və xəsarət alan var

Admin

Bakıda evdən yanmış kişi meyiti tapıldı

Admin

Türkiyədə yanğın davam edir – VİDEO

Admin

Lənkəranda evdən meyit tapıldı

Admin

Ermənistan polisi maska taxmayan vətəndaşı boğdu – VİDEO

Admin

Məhbuslar avtomobili yarma vərdişlərindən istifadə edərək uşağı xilas ediblər – FOTO/VİDEO

Admin

Şərh yazın