Image default
SƏHİYYƏ

Səhiyyə Nazirliyinin rəsmisi: “Uşaqların kütləvi vaksinasiyasına ehtiyac yoxdur” – VİDEO

“Müəyyən dərman preparatları qəbul edən uşaqlara peyvəndin vurulub-vurulmamasını valideynlər həkimlə məsləhətləşməlidir”.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib.

O bildirib ki, bəzi dərmanların istifadəsi zamanı peyvənd vurulmasının effektivliyi olmaya bilər:

“İmmun sistemini zəiflədən dərmanlar var ki, onlar onkoloji və s. xəstəliklərin müalicəsində müəyyən müddətdə istifadə olunur. Həmin dövrdə peyvənd vurulmasının heç bir faydası yoxdur. Çünki dərman peyvəndin effektivliyinin qarşısını alacaq. Bundan başqa astmanın, allergiyanın kəskinləşməsi, ürək qüsurları səbəbindən yaranan pozuntular zamanı uşaqlar vaksinasiya prosesindən kənarlaşdırılmalıdırlar. Bu, onların vəziyyəti sabitləşənədək davam etməlidir. Amma mütləq şəkildə uşaqların vaksinasiya edilməsi qadağandır kimi bir hal yoxdur. Çünki vaksinlərin əksəriyyətində istifadə edilən maddələrin ağırlaşma, allergiya yaratma potensialı çox aşağıdır. Belə hadisələr isə çox nadir hallarda baş verir”.

N.Seyidov onu da qeyd edib ki, Azərbaycanda gənclərin sayı çox olduğu üçün uşaqların kütləvi vaksinasiyasına ehtiyac yoxdur.

Kateqoriya üzrə digər xəbərlər

230 nəfər virusa yoluxdu, 122 nəfər sağaldı – Azərbaycanda

Admin

Həkimdən həyəcan TƏBİLİ: “COVID-19-a yoluxanlarda 30-40 faiz böyrək zədələnməsi müşahidə edilir” – MÜSAHİBƏ

Admin

Xatirə İslam İstanbulda xəstəxanaya yerləşdirildi – VİDEO

Admin

Azərbaycanda koronavirus bir ailəni məhv etdi: 10 günə dörd can aldı, birinin yeni toyu olmuşdu

Admin

Qara nöqtələrə qarşı maska

Admin

Gəncədə iki nəfər dərmandan zəhərləndi: Birinin vəziyyəti orta-ağırdır

Admin

Şərh yazın