Image default
HƏRBİ

Şəhid Vüsal Babayevin anım mərasimi keçirilib – FOTO/VİDEO

Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə “Şəhidlər ölməz – Vətən bölünməz” tədbirlər silsiləsi çərçivəsində şəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Mərasimdə şəhid baş leytenant Vüsal Babayevin ailə üzvləri, döyüş yoldaşları, yaxınları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər şəhidin şərəfli döyüş yolundan danışıblar. Tədbir iştirakçıları üçün şəhid V.Babayevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda şəhidin atası Sübbuh Babayev ölkəmizdə şəhidlərin ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Anım mərasimi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının solistlərinin ifasında qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnı və marşlarla başa çatıb.

 

Bizimlə əlaq

Kateqoriya üzrə digər xəbərlər

Bərdəyə xain düşmən hücumunun görüntüləri – ANBAAN VİDEO

Admin

Tovuz təxribatı ilə paralel hücum: ermənilər nələr edir?

Admin

Beş saat düşmənlə təkbətək döyüşən, ermənilərə qan udduran Mübariz İbrahimov

Admin

Rusiya Qarabağ razılaşmasını pozdu: Gözlənilməz dəyişiklik – Türkiyədən SENSASİYA

Admin

Rusiyanın daha bir qrupu Azərbaycanda minaların təmizlənməsində iştirak edəcək – FOTO/VİDEO

Admin

DSX-dən Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı AÇIQLAMA – VİDEO

Admin

Şərh yazın