Image default
HƏRBİ

Şəhid jurnalistlə vida mərasimi keçirilir – FOTO

Kəlbəcərdə minaya düşərək şəhid olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovla vida mərasimi başlayıb.

Mərasim Binəqədi rayonu, Rəsulzadə qəbəbəsindəki evində keçirilir.

Şəhid jurnalist Abşeron rayonu, Müşviqabad qəsəbəsindəki qəbiristanlıqda valideynlərinin məzarı yanında dəfn olunacaq.

Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü – Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

 

Kateqoriya üzrə digər xəbərlər

Mehriban Əliyeva Tovuzda şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verdi – FOTO

Admin

Azərbaycan düşməni yerlə-yeksan edəcək YENİ QIRICILAR ALIR: razılıq ƏLDƏ OLUNDU – FOTO

Admin

Əsəd Hanna: “Bir qrup livanlı yaraqlı Azərbaycan əleyhinə Ermənistan tərəfində döyüşür” – FOTO

Admin

Bərdəyə raket hücumu: 14 ölü, 40-dan çox yaralı – YENİLƏNİB + RƏSMİ/VİDEO

Admin

Şuşanın azad edilməsi Azərbaycana bunu verdi, artıq müharibə… – Türk general İNCƏ DETALLARI AÇDI

Admin

Cəbhədə şəhid olan Denis Proninin həyat yoldaşı: “Müharibəyə tərəddüd etmədən, könüllü olaraq getdi” – FOTO

Admin

Şərh yazın