Image default
HƏRBİ

Şəhid Elvin Mustafayev dəfn edildi – FOTO (YENİLƏNDİ)

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elvin Mustafayevin nəşi torpağa tapşırılıb.

Ötən ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Elvin Fəxrəddin oğlu Mustafayev dəfn edilib.

xxx

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elvin Mustafayevin nəşi ailəsinə verilib.

Ötən ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Elvin Fəxrəddin oğlu Mustafayevlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və şəhər sakinləri iştirak edir.

Vida mərasimindən sonra şəhid Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, E.Mustafayev müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər olub. Onun 3 övladı var və sonuncu qız övladının üzünü görməyib. E.Mustafayevin əmisi də birinci Qarabağ döyüşlərində, Ağdamda şəhid olub.(report)

Kateqoriya üzrə digər xəbərlər

Türkiyə sərhədinə ordu yeritdilər – HƏR AN…

Admin

Müdafiə Nazirliyinə veteran adı ilə bağlı müraciət edən vətəndaşların NƏZƏRİNƏ

Admin

RƏSMİ BAKI: “Ermənistanın təxribatı üçtərəfli bəyanatın pozulmasıdır” – FOTO

Admin

Türkiyə Ordusu Suriyada 20 PKK/YPG terrorçusunu məhv edib

Admin

Video yayılandan sonra düşmən həmin ərazidən çıxarılıb

Admin

Onun ruhu əsgərlərimizin yanındadır – Şəhid polkovnikimizin xanımı

Admin

Şərh yazın