Image default
HƏRBİ

Şəhid Elşən Yunisli ilə vida mərasimi keçirilir

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Elşən Fazil oğlu Yunislinin nəşi ailəsinə təhvil verilib, hazırda onunla vida mərasimi keçirilir.

Vida mərasimi onun ailəsinin yaşadığı Şəmkir rayonun Təzəkənd kəndində keçirilir.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edir.

Vida mərasimindən sonra Şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Elşən Fazil oğlu Yunisli Şəmkir rayon Təzəkənd kəndində anadan olub. O, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olub.

Ötən ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Döyüşlərin ilk günlərində ailəsi ilə əlaqə saxlayıb. Sonrakı müddətdə onunla əlaqə saxlamaq mümkün olmayıb.

O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş hərbçilərdən idi, subay olub.

Kateqoriya üzrə digər xəbərlər

Sona çatan 28 illik həsrət, şəhidlərin qisası və şanlı QƏLƏBƏ! – Qarabağ Azərbaycandır!

Admin

Azərbaycan bir də müharibəyə başlasa Ermənistan olmayacaq

Admin

İşğalçı Ermənistan ordusu atəşkəsi pozmaqda davam edir

Admin

Azərbaycanda hərbi hissəsinin qərargah rəisi faciəvi şəkildə öldü

Admin

Ermənistan DƏHŞƏT İÇİNDƏDİR: cəbhədə 200 ölü, 300 yaralı… – FOTO

Admin

Azərbaycanda hərbi birliklərdə yoxlamalar: Nöqsanlara yol verən vəzifəli şəxslər cəzalandırıldı – RƏSMİ

Admin

Şərh yazın