Image default
AZƏRBAYCAN HƏRBİ

Şəhid atası: “Gözümün ağı-qarası bir oğlum vardı”

Xəbər veridyimiz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

Dünəndən başlayan döyüşlərdə Azərbaycan ordusu dörd şəhid verib.

Şəhid Elşad Məmmədovun atası Dönməz Məmmədov danışıb

O bildirib ki, oğlu ilə qürur duyur:

“Mənim oğlum qoçaq oğul idi. Ermənidən qorxan oğul deyildi. Gözümün ağı-qarası bir oğlum vardı. O da vətən yolunda şəhid oldu. Hər oğul erməni ilə döyüşə bilmir. Mən onunla qürur duyuram. Bütün şəhidlərə Allah rəhmət elısin. Vətən sağ olsun”.

Qeyd edək ki, dünən düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, Mahmudov Rəşad Rəşid oğlu və Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.

Kateqoriya üzrə digər xəbərlər

İşğaldan azad olunmuş torpaqlarımızdan vandalizm izlərini silirik: Şərq çinarları əkildi – FOTO

Admin

DTX-nin Dövlət Sərhəd Xidmətində keçirdiyi əməliyyatda üç rəis saxlanıldı

Admin

Dövlət qurumunda yeni TƏYİNAT

Admin

Birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınan Azərbaycan vətəndaşlarının SAYI

Admin

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

Admin

Türkiyə Milli Müdafiə Nazirliyinin Ağdam təbriki – FOTO

Admin

Şərh yazın