Image default
HÜQUQ

Şəhid adının küçələrə və məktəblərə verilməsi qaydalari

Çox saylı sualları nəzərə alaraq bildirmək istəyirəm ki, şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi qaydaları 03 sentyabr 1993-cü il, 697 nömrəli Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında qanunun 3-cü maddəsinə əsasən və Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il, 10 nömrəli qərarının 3-cü maddəsi ilə tənzimlənir. Bu barədə Abıyev Rahim Zakir oğlu “yeniinfo.com” saytına açıqlamasında belə bildirmişdir. Həmçinin Abıyev Rahim Zakir oğlu “yeniinfo.com” saytına açıqlamasında onu da bildirmişdir ki, 03 sentyabr 1993-cü il tarixli, 697 nömrəli Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında qanuna əsasən Şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi (maddə 3). 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında qərarına əsasən Şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları aşağıdakı tədbirləri həyata keçirirlər: Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar (maddə 3.1 və 3.1.2).

Kateqoriya üzrə digər xəbərlər

Nazirdən məhkumlarla bağlı ƏMR

Admin

Erməni terrorçu birləşməsinin daha bir neçə üzvünün məhkəməsi keçirilir

Admin

Əlillərin hüquqlarını pozanlar cərimələnəcəklər – MƏBLƏĞ

Admin

Rusiyada həbs olunan şəxsə Gəncədə hökm oxundu

Admin

Bu gün Vüqar Səfərlinin məhkəməsi başlayır

Admin

DSX-nin daha iki polkovniki həbs olunub?

Admin

Şərh yazın