Image default
SƏHİYYƏ

Səhər bu qidaları yeyin

Səhərlər düzgün seçilmiş qidalar sayəsində sinir sistemini iş gününə daha yaxşı hazırlaya bilərsiniz.

Bu barədə rusiyalı diyetoloq Yelena Solomatina danışıb. O, zehni inkişafa təsir edən qidaları açıqlayıb. Solomatina “Sputnik” radiosuna verdiyi müsahibədə bədənin sinir sistemi üçün vitamin kompleksinə ehtiyacı olduğunu izah edib. Bunlar B vitamin kompleksidir. Bu kompleks tam taxıl və çovdar çörəyində, eləcə də dənli bitkilərdə olur.

Qidalanma mütəxəssisi bildirib ki, B vitaminləri olmadan metabolik proseslər baş vermir. Bu səbəbdən həm uşaqlar, həm də böyüklər üçün səhər yeməyinin əsasını təşkil edir.

“Səhərlər yumurta yemək də məsləhət görülür. Məhz bu məhsul səhər saatlarında beyni tam silkələyə bilər. Yumurta sarısı asetilkolin ehtiva edir. Asetilkolin də öz növbəsində neyronlar arasında siqnal verən neyrotransmitterdir. Yəni düşündüyümüzlə dediklərimiz arasındakı boşluqdan cavabdehdir. Doğru sözləri tapmağa və xatırlamağa kömək edir. Buna görə səhər yeməyi üçün yumurta çox yaxşı bir həll olacaq”, – Yelena Solomatina məsləhət görür.

Kateqoriya üzrə digər xəbərlər

Hansı vaksin daha təhlükəsizdir? – Həkim AÇIQLADI

Admin

Mərkəzi Qan Bankı əhaliyə çağırış etdi

Admin

Uşağın bronxlarından altı aydır orada qalan oyuncaq hissəsi çıxdı

Admin

Həkimdən xəbərdarlıq: “Hazırda yoluxma göstəricisi 7-8 min civarındadır”

Admin

Alimlərin ən real pandemiya ssenarisi – 2022-ci ilin əvvəllərində…

Admin

Azərbaycanda dövlət qurumunun əməkdaşları koronavirusa yoluxdu – VİDEO

Admin

Şərh yazın