Image default
DÜNYA HADİSƏ / CİNAYƏT

Rusiyada təyyarə qəzası – Ölənlər var

Kaluqa yaxınlığında yerləşən hərbi aerodromda bombardmançı Tu-22M3 təyyarəsi qeyri-normal şəraitdə katapult edib, ekipaj üzvləri həlak olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində bombardmançı təyyarənin 3 ekipaj üzvü həlak olub. İnsident təyyarənin uçuşa hazırlığı zaman baş verib.

Bildirilib ki, paraşütlərin istifadəsi üçün müvafiq hündürlük olmadığından paraşütlərdən istifadə olunmayıb və üç ekipaj üzvü eniş zamanı ağır xəsarətlər alıb, nəticədə onlar həyatlarını itiriblər.Tu-22M3 Sovet istehsalı Tu-22M2-nin modernləşdirilmiş versiyasıdır, hədəfləri vurmaq üçün hazırlanmış strateji çox rejimli, səsdən sürətli bombardmançıdır. Təyyarə saatda 2300 kilometrə qədər maksimum sürət yığa bilər. Rusiyanın istismarında təxminən 60 belə təyyarə var.

Kateqoriya üzrə digər xəbərlər

Şəmkirdə narkotik alqı-satqısı ilə məşğul olan şəxslər ələ keçdi – FOTO

Admin

Həsən Ruhani Bakıda necə biabır oldu? – Sabiq səfir tarixi faktları açdı

Admin

Bərdədə mağazadan oğurluq edildi

Admin

Qorbaçovun köməkçisi SSRİ-nin dağılmasının ƏSAS SƏBƏBİNİ AÇIQLADI

Admin

Dünyada koronavirusa yoluxanların sayı 24 milyonu ötdü

Admin

DİN-dən Qazaxda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı AÇIQLAMA

Admin

Şərh yazın