Image default
DÜNYA HADİSƏ / CİNAYƏT

Rusiyada içkili model nənəsinin kəllə sümüyünü sındırdı – FOTO

Rusiyalı model mübahisə zamanı nənəsinin kəllə sümüyünü sındırıb. Bu barədə “Mash on Moyke” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, hadisə Sankt-Peterburqda baş verib. 25 yaşlı model İrina sərxoş olduqdan sonra 81 yaşlı nənəsini döyməyə başlayıb. Qadın artıq yerdə huşsuz vəziyyətdə olanda nəvəsi kömək çağırıb.

Hadisə yerinə gələn polislərə isə nənəsinin yıxıldığını və öz gözünü çıxardığını deyib. Lakin hüquq mühafizəçiləri şübhəlinin yalanını ortaya çıxarıblar və “sağlamlığa qəsdən ağır zərər vurma” maddəsi ilə cinayət işi açıblar. Model saxlanılıb.

Zərərçəkən isə xəstəxanadadır. Onun vəziyyəti ağır qiymətləndirilir.

 

Kateqoriya üzrə digər xəbərlər

Ağdaşda bir tona yaxın çətənə kolu məhv edildi – FOTO

Admin

Azərbaycanda dəhşət: Ana və sevgilisi beş yaşlı uşağın dilini qopardı – FOTO

Admin

Azərbaycan və Türkiyə təyyarələri əməliyyat uçuşlarını yerinə yetirib – FOTO/VİDEO

Admin

Azərbaycan Avtomobil Federasiyasına ağır itki – FOTO

Admin

Pakistanda fond birjasına hücum: ölənlər və yaralananlar var – FOTO

Admin

Gədəbəydə bazar yandı

Admin

Şərh yazın