Image default
DÜNYA HADİSƏ / CİNAYƏT

Rusiyada həbsxanada içərisində məhbuslar olan lift qırıldı

Rusiyanın Nijni Taqil şəhərində sabiq hüquq mühafizəçiləri üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsində məhbusların olduğu lift qırılıb.

Bu barədə “E1” Rusiyanın Sverdlovsk Bölgəsi üzrə Federal Penitensiar Xidmətinə istinadən xəbər verib.

Fövqəladə hadisə ağac emalı sexində baş verib. İki məhkum keçən il istismardan çıxarılan bir yük liftindən istifadə edərək ikinci mərtəbəyə qalxmağa qərar verib. Qalxma zamanı tros qırılıb və platforma yerə düşüb.

Zərərçəkənlər sınıq xəsarətləri ilə şəhər xəstəxanasına aparılıb. Onlar daha sonra həbsxana xəstəxanasında müalicələrini davam etdirəcəklər

Kateqoriya üzrə digər xəbərlər

Putin ailəsi haqqında bilinməyənləri açdı: onların yanında olanda…

Admin

“Caliber”: Şuşa Bəyannaməsinin ətraflı təhlili – VİDEO

Admin

Rusiya Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilir – Şərh

Admin

Daha iki erməni Azərbaycan tərəfə keçdi

Admin

Gəncədə qadın dərmandan zəhərləndi

Admin

Tramp Braziliyanı ziyarət etmiş əcnəbilərin ölkəyə girişini qadağan etdi

Admin

Şərh yazın