Image default
AZƏRBAYCAN DÜNYA HADİSƏ / CİNAYƏT

Rusiya vətəndaşını öldürən azərbaycanlı axtarışa verilib

 

25.10.2015-ci tarixində Rusiya Federasiyasının İstintaq Komitəsinin Tatarıstan Respublikası İstintaq İdarəsinin Aznakayevski rayonlararası İstintaq Bölməsində Zaqirova Rasima Zakirovnanın ölümü faktı üzrə başlanmış və Məmmədov Əlövsət Novruz oğlunun Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilməsinə dair cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Ucar rayon prokurorluğundan verilən məlumata görə, 26.04.2021-ci il tarixində Ucar Rayon Prokurorluğu tərəfindən həmin cinayət işi icraata qəbul edilib və iş üzrə əməl Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.

Hazırda 09.01.1965-ci ildə Ucar rayonu Qardağlı kəndində anadan olmaqla həmin ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı Əlövsət Məmmədovun istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Kateqoriya üzrə digər xəbərlər

Bakıda İYRƏNC CİNAYƏT – Qulağını kəsdilər, daha sonra…

Admin

Ekspert: “Azərbaycanın qələbəsi Cənubi Qafqazda ciddi dəyişikliklərə səbəb olub”

Admin

Ərdoğan basketbol oynadı – VİDEO

Admin

Diri-diri dəfn olunan kişi son anda canını qurtardı

Admin

Mikroçip iddiaları ilə bağlı YENİLİK – ŞOK GERÇƏKLƏR

Admin

DYP əhaliyə müraciət etdi

Admin

Şərh yazın