Image default
AZƏRBAYCAN DÜNYA

Rusiya səhiyyə nazirindən Bakıdakı universitetə simvolik hədiyyə – FOTO

“İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində birinci məzun mərasiminin keçirilməsi unikal hadisədir. İnsan həyatının mahiyyətini anlayan və xilasına yönələn tədbirləri mənimsəyən məzunları təbrik edirəm”.

Bu sözləri bu gün keçirilən tədbirdə Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib.

O, universitetin fəaliyyəti ilə bağlı Azərbaycan prezidentinə təşəkkür edib:

“Mənə elə gəlir ki, səhiyyə sahəsində fundamental biliklər məhz güclü təhsildən gəlir. Məzunların 20 faizi təhsilini qırmızı diplomla bitirir, bu, məni çox sevindirir. Məzunların hər birinin gələcəkdə müəllimlərindən aldıqları təhsilə layiq həkim olmalarını arzu edirəm. Gələcəkdə hər birinin layiqli professor, peşəkar həkim olmasını diləyirəm”.

Universitetin Bakı filialına uğurlar arzu edən Rusiyanın səhiyyə naziri bildirib ki, gələcəkdə bu təhsil müəssisəsi daha böyük uğurlar qazanacaq.

Nazir sonda İ.M.Seçenov universitetinə Rusiyanın Səhiyyə Nazirliyi adından simvolik hədiyyə təqdim edib.

 

 

Kateqoriya üzrə digər xəbərlər

Siyavuş Novruzov DİN-i məhkəməyə vermək fikrindən daşındı – YENİLƏNİB

Admin

Tramp GERİ DÖNÜR: Sizi sevindirəcəm…

Admin

Baş infeksionistdən karantinin sərtləşdirilməsi ilə bağlı açıqlama: “Müzakirələr gedir” – VİDEO

Admin

Hindistanda yüzlərlə insan bu səbəbdən öldü

Admin

Ərdoğan: “Bu məsələni İlham Əliyev qardaşımla müzakirə edirəm” – VİDEO

Admin

Türkiyə prezidenti: “Bu alçaq oyun pozulur”

Admin

Şərh yazın