Image default
DÜNYA HƏRBİ

Rusiya ilə müharibə etmək istəyən tarixi oxusun – Deputat

Rusiyaya qarşı hər hansı hərbi əməliyyat keçirməmişdən öncə II Dünya müharibəsinin tarixini oxumalarını və yenidən düşünmələrini tövsiyə edirəm.

Bunu Rusiya ilə müharibə hazırlığı üçün NATO-nun “Defender Europe 2021” təlimlərinə ehtiyacı olması barədə Ukraynanın Donbas üzrə nümayəndəsi Aleksey Arestoviçin açıqlamasına münasibət bildirən Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet deyib.

O, Ukrayna və NATO-nun Krıma mümkün hücum planlarının məyusluqla nəticələnəcəyini bildirib:

“Maskalar tamamilə çıxarıldı. Belə bir açıqlamadan sonra Qərbdə heç kim NATO-nun təcavüzkar mahiyyətini inkar edə bilməyəcək. Rusiya yalnız sərhədlərə yaxınlaşan düşmənləri deyil, komandanlıq mərkəzlərini də məhv edə biləcək silahlara sahibdir. Rusiya ilə güc dilində danışmaq olmaz, çünki bunu edənlər ağır cavab ala bilər. Krımlıların isə qorxacağı bir şey yoxdur. Yarımada etibarlı şəkildə qorunur. Lakin bütün bu hərbi əməliyyatlara hazırlığın Kiyevdə deyil, ABŞ-da olduğunu bilirik. Buna görə Avropa ölkələrini ABŞ-a yerini göstərməyə və gələcəkdə Avropanın işlərinə qarışmasına imkan verməməyə çağırırıq. NATO üzvlərini Avropa ölkələrindən qovmağın vaxtı gəldi”.

Qeyd edək ki, Ukraynanın Donbas üzrə üçtərəfli danışıqlar qrupundakı nümayəndəsi Aleksey Arestoviç Rusiya ilə müharibə hazırlığı üçün NATO-nun “Defender Europe 2021” təlimlərinə ehtiyacı olduğunu bildirib.

Kateqoriya üzrə digər xəbərlər

Baş Prokurorluq: “Düşmənin Ağdama hücumu nəticəsində 4 mülki şəxs yaralanıb”

Admin

“Tosuncuk” ləqəbli fırıldaqçı saxlanılaraq Türkiyəyə gətirilir

Admin

Ordu generalı əmr verdi – Qardaş ölkə rəsmi şəkildə başladı

Admin

Paşinyanın istefa xəbəri yayıldı – Ermənistanda nə baş verir?

Admin

FHN rəsmisi: “Hadisə nəticəsində dəymiş ziyanın hesablanması aparılır”

Admin

Orada terrorçu qeydə alınsa, türk hərbçilər… – Politoloq

Admin

Şərh yazın