Image default
MƏDƏNİYYƏT

Reza Deqati Ermənistanın Oxçuçayı çirkləndirməsini səssiz ekoloji fəlakət adlandırdı – FOTO

Məşhur fotoqraf Reza Deqati Oxçuçay çayının Ermənistan tərəfindən dəhşətli çirklənməyə məruz qalmasından yazıb.

Fotoqraf bildirib ki, Oxçuçay Ermənistandan başlayır və Azərbaycanın Zəngilan rayonu ərazisindən keçir. Daha sonra isə Araz çayına tökülür:

“Ermənistanın iki böyük mədən müəssisəsi var. Qacaran-Zəngəzur Mis-Molibden zavodu və Qafan Dəmir Filizi Emalı zavodu. Bu müəssislərdə istehsal zamanı ağır metallarla çirklənmiş su Oxçuçaya axıdılır. Almaniyanın “Croniment” mədən şirkəti Ermənistanın Zəngəzur Mis-Molibden zavodunda 60 % paya malikdir. Şirkətin veb-saytında “Metallar ehtirasımızdır” yazılıb.

Çaydakı nikelin miqdarı normadan 7 dəfə, dəmirin miqdarı 4 dəfə, mis-molibdenin miqdarı 2 dəfə çoxdur.

Mart ayında Oxçuçayın hövzəsində alabalıq və digər balıqların kütləvi şəkildə məhv edildiyi müşahidə olunub. Görünür ki, çay Ermənistan istehsalçıları tərəfindən ölkə ərazisindəki sənaye tullantılarının Azərbaycana göndərilməsi üçün “kollektor” kimi istifadə olunur. Ermənistan hələ də Beynəlxalq Su Konvensiyasına qoşulmayıb, beynəlxalq öhdəliklər götürməyib. Burada Xəzər dənizinə çatmadan həm Azərbaycanı, həm də İranı çirkləndirən səssiz ekoloji fəlakət görünür”.

Kateqoriya üzrə digər xəbərlər

Vəfadan Aqşinə sərt sözlər: “Onu kişi kimi kişi bilirəm, amma…” – VİDEO

Admin

Gənc qızın sirli ölümü – Arzusu aktrisa olmaq idi

Admin

Aygün Kazımova: “Çox daşladılar….” – FOTO

Admin

Açıq-saçıq FOTOları hesabına varlandı

Admin

Plastik aksesuar dəbi geri döndü – FOTO

Admin

Fahriye Evcen oğlu ilə pərəstişkarlarını SEVİNDİRDİ – FOTO

Admin

Şərh yazın