Image default
HADİSƏ / CİNAYƏT

“Rəmiş” Gəncədə saxlanıldı – FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, Gəncə şəhər sakinləri – 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş 27 yaşlı Orxan Sadıqov saxlanılaraq polis idarəsinə gətirilib və onların üzərinə baxış keçirilən zaman O. Sadıqovun üzərindən ümumi çəkisi 1 qram, T.Əliyevin üzərindən isə 2 qram narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı həmi şəxslərə narkotik vasitə satan şəxsin əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini 1985-ci il təvəllüdlü, Ramil Əliyev olduğu müəyyən edilib.

Ramil Əliyev dostları arasında “Rəmiş” ləqəbi ilə tanınıb.

Onun yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı üzərindən 15 ədəd kağız bükümlərdə, ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırlımış , ümumi çəkisi 4 kiloqram 025 qram qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

Faklarla bağlı araşdırmalar davam etdirilir.

Kateqoriya üzrə digər xəbərlər

İsmayıllı sakini intihar edib

Admin

Azərbaycanda qadının müəmmalı qətl: Qardaş öldürdü, ata boynuna götürdü – YENİLƏNİB

Admin

“Xınayaxdı” keçirənlər saxlanıldı – FOTO

Admin

Bakıda evakuator piyadanı vurub – FOTO

Admin

Sevgilisini öldürmək istəyən baş redaktor məhkəmə qarşısına çıxarılır – VİDEO

Admin

Sumqayıtda mağazada yanğın

Admin

Şərh yazın