Image default
HADİSƏ / CİNAYƏT

Qusarda meşəlik ərazidə narkotik becərən şəxs ələ keçdi – FOTO

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Düztahir kənd sakini Şənlik Ağakərimovun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Aparılan araşdırmalar zamanı Ş.Ağakərimov həmin narkotik vasitəni Kamran adlı şəxsdən aldığını bildirib.

Davam etdirilən tədbirlərlə rayon sakini Kamran Hacıbabayev saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış zamanı satış məqsədilə saxladığı narkotik vasitə olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Bundan başqa rayon ərazisində narkotik bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Urva kənd sakini Valerik Əhmədov saxlanılıb.

Həmin şəxsin meşəlik ərazidə aqrotexniki qaydada çətənə (kannabis) bitkilərini əkib-becərdiyi müəyyən edilib.

Faktlarla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

 

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda dəhşət: Ögey ana altı yaşlı qızını vəhşicəsinə döyüb kəndirlədi – VİDEO

Admin

Bakıda ana və qızı avtomobil qəzasında xəsarət aldı

Admin

“Meyvəli” bazarına gedən ailə dəhşət yaşadı – ÖLƏNLƏR VAR

Admin

Bakıda supermarketlərdən spirtli içkilər oğurlayan keçmiş məhkum yaxalandı

Admin

Qaradağ rayonunda ikimərtəbəli evdə yanğın baş verib

Admin

Toy yasa dönəcəkdi – Uşaqlara görə – FOTO

Admin

Şərh yazın