Image default
HADİSƏ / CİNAYƏT

Qubada baş verən ağır yol qəzasında dörd nəfər ölüb, yaralanan var – YENİLƏNİB+FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonu, Zərdabi qəsəbəsində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

FHN xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1999-cu il təvəllüdlü Allahverdiyev Məhəmməd Kamil oğlunun, 1973-cü il təvəllüdlü Allahverdiyev Kamil Atabala oğlunun və 1969-cu il təvəllüdlü Məmmədrəhimov Şamil Həsənbala oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar Quba Diaqnostika Mərkəzinə yerləşdirilib. Lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Qəza zamanı xəsarət alan digər yaralının da vəziyyəti ağırdır.

00:32

Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində ağır yol qəzası olub.

“Report”un Şimal bürosunun məlumatına görə, Alekseyevka kənd sakini, 1973-cü il təvəllüdlü Kamil Atabala oğlu Allahverdiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Yaralılar Qubar Diaqnostika Mərkəzinə yerləşdirilib. Lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı xəsarət alan digər yaralının da vəziyyəti ağırdır.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Kateqoriya üzrə digər xəbərlər

Gəncədə iki avtomobil toqquşdu: Yaralanan var

Admin

Bakıda avtomobil mağazaya çırpılıb, xəsarət alan var – VİDEO

Admin

Azərbaycanda qadın polisə xəsarət yetirdi – RƏSMİ

Admin

Bakının mərkəzində kişi benzin tökərək özünü yandırdı

Admin

Ana uşağı ilə birlikdə özünü maşının altına atdı – ANBAAN VİDEO

Admin

Polis Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var

Admin

Şərh yazın