Image default
HADİSƏ / CİNAYƏT

Qobustanda dəm qazından bir ailənin altı üzvü zəhərlənib – YENİLƏNİB

Ötən gün dəm qazından zəhərlənənlərin həyati təhlükəsi yoxdur.

Bu barədə  Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn məlumat verib.

Bildirib ki, zəhərlənmə ilə xəstəxanaya gətirilən şəxslər hazırda evdədirlər:

“Ambulator xidmət göstərilib. Vəziyyətləri kafidir, həyatları üçün heç bir təhlükə yoxdur. Vaxtında tədbir görülüb”.

11:18

Qobustan rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, dünən axşam saatlarında Qobustan şəhərinin Tofiq İsmayılov küçəsindəki 66 nömrəli mənzildə bir ailənin altı üzvü dəm qazından zəhərlənib.

Qobustan rayon sakinləri Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, ailə həkim Kəmalə Hüseynova tərəfindən müayinə olunduqdan sonra evə buraxılıb:

“Dünən dəm qazından zəhərlənmə ilə 1944-cü il təvəllüdlü Əkbərova Zivər Ağaşiraz qızı, 1954-cü il təvəllüdlü Rəhimova Qənifə Ağaşiraz qızı, 1982-ci il təvəllüdlü Rəhimova Rəna Əli qızı, 2003-cü il təvəllüdlü Rəhimli Zərifə İlham qızı, 2007-ci il təvəllüdlü Rəhimli Elçin İlham oğlu, 2015-ci il təvəllüdlü Rəhimli Elnur İlham oğlu xəstəxanaya müraciət edib. Kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə dolan dəm qazından zəhərlənən ailə üzvləri ilkin müayinədən sonra evə buraxılıblar.

Bu gün ailə ilə əlaqə saxlanılıb. Heç bir problem yoxdur, vəziyyətləri yaxşıdır”

Kateqoriya üzrə digər xəbərlər

Berlində zibil qutuları yandırıldı, polislər arasında xəsarət alanlar var – VİDEO

Admin

Yasamalda qadın özünü bıçaqladı

Admin

Sabunçuda evdə yanğın baş verdi

Admin

Bakıda qəza tıxaca səbəb oldu

Admin

Məktəbli oğlan əvvəl balaca bacısının boğazını kəsdi, sonra ailəsini güllələdi – FOTO

Admin

Arxeoloqlar 2000 il əvvəl baş vermiş qətlin üstünü açmağa çalışacaq – FOTO

Admin

Şərh yazın