Image default
HADİSƏ / CİNAYƏT

Qaxda həyətində narkotik becərən şəxs tutuldu – FOTO

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qax şəhər sakini, 57 yaşlı Hikmət Dəmirçiyev saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman tərəvəz bitkiləri əkilən ərazidə aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən 26 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Qax Rayon Polis Şöbəsində H.Dəmirçiyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinə başlanılıb, istintaq aparılır.

Kateqoriya üzrə digər xəbərlər

Bakıda evdən qadın meyiti tapıldı

Admin

SON DƏQİQƏ: Azərbaycanda sabiq nazir həbs edildi

Admin

Kürdəmirdə qəzada yaralanan kişinin vəziyyəti orta ağırdır – RƏSMİ

Admin

İsmayıllıda polis kritik vəziyyətdə olan sakinə kömək etdi – VİDEO

Admin

Meşədə çətənə kolu yetişdirən şəxs tutuldu – FOTO

Admin

Bakıda dənizdə batan şəxsin meyiti tapılıb

Admin

Şərh yazın