Image default
AZƏRBAYCAN DÜNYA HƏRBİ

“Qarabağ”dan imtina edək – Redaktorlar da təklif verdi

Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Qarabağla bağlı maraqlı təklif irəli sürüb. O, 27 sentyabrda başlayan və 10 noyabrda Ermənistanın tam məğlubiyyəti ilə bitən, nəticədə heç bir status verilməyəcəyi təsdiqlənən “Dağlıq Qarabağ”ın inzibati ərazi vahidi kimi mövcudluğuna de-fakto (de-yure DQMV 1991-ci ildə ləğv edilib – red.) son qoyulduğunu bildirib. Politoloq qeyd edib ki, hazırda beynəlxalq ictimaiyyətdə “Dağlıq Qarabağ” adı gələndə Azərbaycanın 4 rayonunu birləşdirən və təəssüf ki, inzibati-siyasi ərazi vahidi kimi anlaşılan bölgəmiz “sərhədləri ilə” təsəvvürlərdə canlanır. Buna görə də bu adın inzibati-ərazi vahidi kimi işlənməsindən tamamilə imtina etmək lazımdır.

Bağlı tanınmış jurnalistlər arasında keçirdiyi sorğunu təqdim edir:

Saytının baş redaktoru Vüsal Məmmədov:

Tamamilə razıyam. Bu gün, məsələn, “Aran” sözü inzibati ərazi baxımından nə qədər dəqiq ifadədirsə, “Qarabağ” da təxminən onun kimi bir anlayışdır. Bu, daha çox tarixi-coğrafi məzmunun ifadəsidir. Hazırkı vəziyyətdə inzibati-ərazi bölgüsü baxımından “Qarabağ” sözü heç bir praktik əhəmiyyət daşımır. Onu ancaq bölgə adı kimi işlətməyin mənası var.

Bakupost.az saytının baş redaktoru Elçin Zahiroğlu:

Münaqişə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi tarixə düşüb, amma əlbəttə, artıq bu münaqişə yoxdur. Proseslər tam bitməsə də, söhbət Qarabağdan, Dağlıq Qarabağdan getmir, Azərbaycanın ayrı-ayrı rayonlarından gedir. Ona görə də biz bu termini bölgə adı olaraq işlədə bilərik, amma Dağlıq Qarabağ inzibati-ərazi vahidi olaraq leksikonumuzdan çıxarmalıyıq. Qarabağ – ümumilikdə Azərbaycanın 15-yə yaxın rayonunu birləşdirən bölgənin ümumi adıdır. Hazırda bu sözün münaqişə ərazisi kimi işlənməsi kökündən yanlışdır. Orda hazırda müzakirə Azərbaycanın 2-3 rayonundan gedir. Hesab edirəm ki, biz bunun üçün nə mümkündürsə, onu da etməliyik.

Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət:

Prezidentimizin dediyi kimi, status-kvonu, təmas xətti anlayışını dəyişdik. Biz dünyanın təsəvvüründəki o yanlış xəritəni də sildik, sadəcə yeni xəritəni, yeni reallığı dünyaya qəbul etdirmək lazım olacaq, buna görə də əlimizdə lazimi iqtisadi, siyasi güc var. Cəmiyyətin milli birliyi ilə istər xarici, istər daxili siyasətdə, istərsə də iqtisadi istiqamətdə görüləcək işlərdə buna nail olacağıq. Dünya bizi nə cür görmək istəyir, artıq bizi narahat etməməlidir. Biz özümüzü dünyaya necə göstərə biləcəyimiz barədə düşünməliyik və bütün işləri də o istiqamətə səfərbər etməliyik.

Kateqoriya üzrə digər xəbərlər

Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edildi: S-300 vuruldu – RƏSMİ

Admin

Tramp “Twitter” hesabının həmişəlik dondurulmasına münasibət bildirdi – FOTO

Admin

Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür

Admin

Rusiyada avtobus piyadaları vurdu – 6 ölü, 15 yaralı

Admin

Ölkədən 1,1 milyard manatlıq valyuta necə çıxarılıb? – Mərkəzi Bankdan REAKSİYA

Admin

Prezident Xuraman Qasımovanı təltif etdi

Admin

Şərh yazın