Image default
DÜNYA HADİSƏ / CİNAYƏT

“Qadınları zorlayaq!” çağırışı edən bloqerə görə DİN hərəkətə keçdi

Sosial şəbəkələrdə “Pantural” ləqəbi ilə tanınan bloqer “qadınları zorlayın!” deyə çağırış edib.

O, həmcinslərinə çağırış edib ki, ictimai yerlərdə onların şəhvət hissini oyadan qadınlara qarşı seksual xarakterli zorakılıq etsinlər.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq həmin bloqerin şəxsiyyəti müəyyən edilib və araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq həmin şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul olunacaq və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Kateqoriya üzrə digər xəbərlər

Yeni zelandiyalı model intihar etdi – FOTO

Admin

Qəbələdə bataqlıqda köməksiz qalan azyaşlı xilas edildi – YENİLƏNİB + FOTO

Admin

Keçmiş erməni deputat məhv edildi

Admin

Münaqişə zonasından 33 mindən artıq insan çıxarıldı

Admin

Gəncədə maşınla motosiklet toqquşdu: Xəsarət alanlar var

Admin

Azərbaycanda iki sürücü gənc qıza qarşı əxlaqsız hərəkət etdi

Admin

Şərh yazın