Image default
DÜNYA

Putin Trampla Baydeni müqayisə etdi – VİDEO

“İndinin özündə də ABŞ-ın keçmiş prezidenti cənab Trampın fövqəladə bir şəxsiyyət, bacarıqlı bir insan olduğuna inanıram, əks təqdirdə o, ABŞ prezidenti olmazdı”.

“İzvestiya”nın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin “NBC News”a müsahibəsində bildirib.

RF dövlət başçısı kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, Trampı parlaq insan hesab etdiyini vurğulayıb.

“Tramp ABŞ isteblişmentindən deyil, o, əvvəllər böyük siyasətin bir parçası olmayıb”, – deyə Putin əlavə edib.

RF prezidenti Ağ Evin hazırkı başçısı Co Baydenin sələfindən köklü fərqləndiyini deyərək, onu bütün həyatını bu sahədə keçirən “karyeralı siyasətçi” adlandırıb.

“Bayden fərqli insan növüdür; bu həm yaxşı, həm də pisdir”, – deyən Putin ABŞ-ın hazırkı prezidentinin impulsiv hərəkətlərə yol verməyəcəyinə ümidini ifadə edib.

Kateqoriya üzrə digər xəbərlər

Türkiyədə zəlzələ: Əhali küçələrə axışdı

Admin

Ermənistanlı keçmiş hərbçi: “Qarabağla bağlı razılıq olmasaydı, ordumuz tamamilə məhv ediləcəkdi” – VİDEO

Admin

Kamran Əliyev erməni vəhşilikləri ilə bağlı dünya dövlətlərinə müraciət edib

Admin

PKK Suriyanın bu şəhərindən qovuldu

Admin

Bayden Obamanın yubileyinə qatılmaqdan imtina edib

Admin

Tramp tərəfdarlarının Kapitoliyə hücumu çevriliş cəhdi adlandırıldı

Admin

Şərh yazın