Image default
İQTİSADİYYAT

Prokurorlar üçün şad XƏBƏR: Maliyyə qaynaqlarının siyahısı genişləndirilir

Prokurorluğun maddi-texniki təminatı və maliyyələşdirilməsində yeniliklər gözlənilir.

Bununla bağlı “Prokurorluq haqqında” qanuna dəyişiklik təklif edilir.

Layihəyə əsasən, qanunun 39-cu maddəsinin 4-cü hissəsi yeni redaksiyada verilir.

Qanun layihəsinə əsasən isə, prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını gücləndirmək məqsədilə Baş Prokurorluğun xəzinə hesabına köçürülən vəsaitlərin həcmi artırılır.

Layihəyə görə, cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi Baş Prokurorluğun hesabına köçürüləcək.

Həmçinin Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişin 5 faizi Respublika Prokurorluğunun xəzinəsinə keçəcək.

Bunlar yalnız prokurorluq orqanlarının apardığı istintaqlara aid edilir.

Eyni zamanda prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizinin Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülməsi təklif olunur.

Layihə Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.

Kateqoriya üzrə digər xəbərlər

“AzerGold” 2035-ci ilədək illik dövriyyəsi bir milyard dollar olan şirkətə çevriləcək

Admin

“Brent” bahalaşır

Admin

Ödəmə terminalları niyə asanlıqla oğurlanır? – VİDEO

Admin

Azərbaycanda 200 minə yaxın vətəndaşa ŞAD XƏBƏR: HƏR BİRİNƏ 190 MANAT ÖDƏNİLƏCƏK

Admin

Dekabr ayı üzrə pensiyaların ödənişi başa çatdırıldı

Admin

“Aİ-95” markalı benzinin qiymətinin artması avtomobillərin bahalaşmasına səbəb olacaq?

Admin

Şərh yazın