Image default
AZƏRBAYCAN DÜNYA

Prezidentin xüsusi nümayəndəsi: “Ermənilər tarixi yaddaşımızı silməyə cəhd ediblər”

Ermənilər Ağdamda çox vəhşiliklər törədib, tarixi yaddaşımızı silməyə cəhd ediblər”.

Bunu Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

E.Hüseynov bildirib ki, “ermənilər Ağdamı xarabalığa çevirib” dedikdə burada söhbət adi dağıntılardan, binaların dağıdılmasından getmir:

“Onlar bizim tariximizi, mədəniyyətimizi silmək istəyiblər. Ağdam gözəl şəhər olub, Sovet İttifaqı dövründə iqtisadi baxımdan ən güclü potensialı olan sənaye zonası olub. Ağdamda 17 müəssisə mövcud olub. Hətta o müəssisələrdən biri Sovet İttifaqının kosmos sənayesi üçün cihazlar istehsal edib.

Ağdam, eyni zamanda, bir muğam mərkəzi olub. Rayon böyük muğam sənətkarları yetişdirib. Biz o irsi, o mirası qoruyub saxlamışıq. Buraya gələn Ağdam sakinləri bu xarabalıqları görürlər, ürəkləri parçalanır, ancaq onlar qürurludurlar ki, torpaqlarımız işğaldan azad edilib”.

Kateqoriya üzrə digər xəbərlər

“Azəriqaz” smart-kart tipli sayğaclarla bağlı yenilik edib – FOTO

Admin

İran səfirliyi: “Günahsız insanlara hücum hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır”

Admin

DİN Nəsimi Nəbizadənin saxlanılmasını təsdiqlədi

Admin

Xalq artistinin həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür etdi

Admin

Sülhməramlılar Ermənistana məxsus 2 hərbi kolonu Qarabağa BURAXDI

Admin

75 yaşayış məntəqəsində inventarlaşdırma işləri yekunlaşdırıldı

Admin

Şərh yazın