Image default
AZƏRBAYCAN DÜNYA

Prezidentin köməkçisi: “Erməniləri müdafiə edən dövlətlər heç onların iç üzlərini bilmirlər”

Biz erməninin saziş əsasında üzərinə düşəni edəcəyinə inansaq, bu, sadəlöhvlük olardı.

Bu sözləri AzTV-nin efirində yayımlanan “Döyüşçü” proqramında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev deyib.

Onun sözlərinə görə, erməni xisləti ondan ibarətdir ki, onlar hər şeydən istifadə edəcəklər:

“Onlar bu gün də aranı qatmağa çalışaraq ayrı-ayrı təxribatlar törədəcəklər. Bunların hər biri artıq bizə bəllidir. Erməniləri müdafiə edən dövlətlər heç onların iç üzlərini bilmirlər. Amma elə danışırlar ki, guya Qarabağ tarixi erməni torpağıdır. Həqiqət budur ki, erməninin heç vaxt torpağı olmayıb. Orada türkdilli millətlər yaşayıbdır. Ona görə də hesab edirəm ki, biz erməninin qarşısında güclü olmalıyıq. Cənab Prezidentin göstərişlərini canla-başla yerinə yetirməliyik”.

Kateqoriya üzrə digər xəbərlər

Çavuşoğlu Blinkenlə görüşdü

Admin

Kremldən Paşinyanın Putinə hərbi yardımla bağlı yalvarışlarına REAKSİYA

Admin

İtaliyanın aparıcı KİV-ləri Prezidentin köməkçisi Hikmət Hacıyevin müsahibəsini yayıb – FOTO

Admin

Ərdoğan MÜJDƏNİ VERDİ – 2023-cü ilə qədər…

Admin

Rusiyadan son Qarabağ AÇIQLAMASI: 155 hektardan çox ərazi və 50 bina…

Admin

Tramp Baydenin prezident seçiləcəyi halda inqilab olacağını açıqladı

Admin

Şərh yazın