Image default
AZƏRBAYCAN

Prezident və xanımı Kirillə başsağlığı verdi

İlham Əliyev və Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə başsağlığı məktubu ünvanlayıb.

 

“Zati-müqəddəsləri,

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı barədə xəbər bizi dərindən kədərləndirdi.

Arxiyepiskop Aleksandrın fədakar əməyi, parlaq vaizlik istedadı, Azərbaycan–Rusiya dostluğunun, konfessiyalararası həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsinə böyük şəxsi töhfəsi ona haqlı olaraq müxtəlif millətlərin və dini etiqadların nümayəndələri arasında dərin hörmət qazandırmışdır. Onun xatirəsi qəlbimizdə daim yaşayacaq.

Zati-müqəddəsləri, bu kədərli anlarda ağır itki ilə əlaqədar dərin hüznlə başsağlığımızı qəbul edin”.

Kateqoriya üzrə digər xəbərlər

Balaş Qasımovun doğum günüdür

Admin

Bu gün ilin ilk Ay tutulması olacaq

Admin

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Admin

Hikmət Hacıyev: “Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir” – FOTO

Admin

Milli Məclisə kölgə iqtisadiyyatı ilə bağlı sənəd daxil olacaq

Admin

Azərbaycanlı teleaparıcı vəfat etdi

Admin

Şərh yazın