Image default
AZƏRBAYCAN

Prezident: “Bizi hərbi avadanlıqla ən çox təchiz edən Türkiyə və İsrail deyil, Rusiyadır”

Biz hərbi avadanlığı bir çox ölkələrdən alırıq. Bizi hərbi avadanlıqla ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, biz Rusiyadan aldığımız silahlara görə pul ödəyirik. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Biz, həmçinin İrandan, Ukraynadan, Belarusdan silah alırıq”.

Prezident İlham Əliyev bu məlumatları Fransanın “Le Figaro” qəzetinə müsahibəsində açıqlayıb.

“Əlbəttə ki, bizim bu gün ordumuza ərazi bütövlüyümüzü bərpa etməyə kömək edən müasir silahları almaq imkanımız var. Bizim ərazi bütövlüyümüz öz tərəfimizdən bərpa olunur. Təbii ki, bizim regionda istənilən ölkə silah alır. Dünyada heç də bütün ölkələr özlərini 100 faiz hərbi avadanlıqla təchiz edə bilmir. Beləliklə, burada qəribə olan bir şey yoxdur. Əlbəttə ki, biz silahlara görə ödəniş edirik, biz yaxşı silahları alırıq və onlar bizə yerində kömək edir. Lakin ərazilər dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Kateqoriya üzrə digər xəbərlər

Çavuşoğlu: “Ermənistan və Azərbaycan praktik diplomatiyadan istifadə edərək əməkdaşlıq qura bilər”

Admin

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat YAYDI

Admin

Ermənistan Müdafiə Nazirliyi: “Qarabağla bağlı razılaşmaya əməl edəcəyik”

Admin

Nöqsanlara görə işdən çıxarılan dövlət qulluqçularının sayı AÇIQLANDI

Admin

Azərbaycanda icra hakimiyyətində yeni TƏYİNATLAR

Admin

Prezident xaricdə təhsillə bağlı SƏRƏNCAM İMZALADI

Admin

Şərh yazın