Image default
HƏRBİ

Polad Həşimovun qızı tələbə oldu

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun qızı Azərbaycan Tibb Universitetinə (ATU) qəbul olub.

Generalın qızı Aybəniz Həşimova ATU-nun “Müalicə işi” fakültəsində təhsil alacaq.

Qeyd edək ki, general-mayor Polad Həşimov 14 iyul 2020-ci il tarixində Tovuz istiqamətindəki şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Kateqoriya üzrə digər xəbərlər

Polkovnik-leytenant Rəşad Atakişiyevin vəfatından bir il ötür

Admin

Fransada erməni lobbisinə böyük zərbə: Cəbhədə düşmən təxribatı ilə bağlı reportaj yayımlandı – VİDEO

Admin

Münaqişə YENİDƏN ALOVLANDI: ölənlər var

Admin

Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub – FOTO/VİDEO

Admin

Ermənilər Tərtəri atəşə tutur, 300-ə yaxın mərmi atıldı – FOTO

Admin

Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanını ziyarət etdi – FOTO

Admin

Şərh yazın