Image default
AZƏRBAYCAN

PFL-in prezidenti seçildi – FOTO

Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna növbəti seçki keçirilib. 

PFL-in saytı xəbər verir ki, seçkidə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak edib.

Tədbirdə “Qarabağ”ı direktor Əmrah Çəlikəl, “Neftçi” və “Qəbələ”ni müvafiq olaraq prezidentlər Kamran Quliyev və Fariz Nəcəfov, “Keşlə” və “Sabah”ı baş menecerlər Eldəniz Yusubov və Nəsimi Musayev, “Zirə” və “Səbail”i icraçı direktorlar Cahangir Məmmədov və Fərəc Əliyev təmsil edib. “Sumqayıt”ı təmsil etməli olan nümayəndə tədbirdə iştirak edə bilməsə də, rəsmi məktubla seçimini indiki prezidentin lehinə edib.

Nəticələrə əsasən, PFL-in hazırkı prezidenti Ramin Musayev növbəti dörd ildə də eyni postda fəaliyyət göstərəcək. Belə ki, klub nümayəndələri yekdilliklə Ramin Musayevin yenidən seçilməsinin lehinə səs verib.

Kateqoriya üzrə digər xəbərlər

Prezident İlham Əliyev Ərdoğana təşəkkür edib

Admin

Ərdoğan: “Ermənistan mənim dostuma, soydaşlarıma hücum edir”

Admin

Nazirlər Kabineti şəxsi avtomobillərdə maskadan istifadə ilə bağlı məsələyə aydınlıq gətirdi

Admin

Mehriban Əliyeva Cıdır düzündən görüntülər paylaşdı – VİDEO

Admin

Nazirlik sosial şəbəkə istifadəçilərinə müraciət etdi

Admin

İlham Əliyev: “Bu bəyanat bizim şanlı qələbəmizdir”

Admin

Şərh yazın