Image default
İQTİSADİYYAT

PETDER-in baş katibi: “SOCAR-ın dərnəyimizə qatılması təmsilçiliyimizi gücləndirəcək”

“Dünyanın ən köklü neft və təbii qaz şirkətlərindən olan SOCAR-ın ölkəmizdə fəaliyyəti şübhəsiz ki, Türkiyədə daxili bazarın güclənməsi və keyfiyyətin artırılması baxımından müstəsna əhəmiyyət kəsb edir”.

Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında Türkiyə Neft Sənayesi Dərnəyinin (PETDER) baş katibi Köksal Onur İnci bildirib.

Baş katib qeyd edib ki, Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) tərəfindən distribütor lisenziyasına malik olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Energy” dərnəyin sayca 17-ci üzvüdür: “SOCAR Türkiyənin dərnəyimizə qatılmağına görə böyük məmnunluq hissi keçiririk. Hesab edirəm ki, bu iştirak Türkiyənin son 25 ildəki ən böyük yanacaq-energetika sənayesinin təmsilçisi olan PETDER-in təmsilçilik qabiliyyətini artıracaq”.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi – “SOCAR Turkey Energy” qonşu ölkədə fəaliyyət göstərən Neft Sənayesi Dərnəyinə üzv olub. Bununla da PETDER-in üzvlərinin sayı 17-yə çatıb.

Digər 16 üzv “Alpet”, “Aytemiz”, “Belgin”, BP, “Castrol”, “Exxon Mobil”, GO, “Güzel Enerji Akaryakıt”, “Opet”, “Petline”, “Petrol Ofisi”, “Petroyağ”, “Shell”, “Shell & Turcas”, “Total Energies” və “Türk Petrolları”dır.

Kateqoriya üzrə digər xəbərlər

Azər Talıbov Rusiya İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edilib

Admin

Mərkəzi Bankın dollar alanlardan “arayış” istəməsinin SƏBƏBİ

Admin

BirBank 1 milyondan çox istifadəçiyə: “Həyatında #BiriVar”…

Admin

Vəzifəli şəxslərin ələ keçirdiyi pulun 200 mini geri alındı – YENİ FAKTLAR

Admin

İlqar Məmmədova 234 min kompensasiya ödənildi

Admin

Bu şəxslərə və ailə üzvlərinə kompensasiya ödənəcək

Admin

Şərh yazın