Image default
DÜNYA

Peskov: “Ermənistana dəstək olmayan Rusiyanı xəyanətdə günahlandırmaq qətiyyən əsassızdır”

Dağlıq Qarabağdakı münaqişənin həllində Ermənistana dəstək olmadığı iddiası ilə Rusiyaya xəyanət qınağı qətiyyən əsassızdır.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RT telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Moskva həm Azərbaycan prezidenti İlham Əliyevi, həm də Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyanın dostu hesab edir. O, Rusiyanın İrəvan və Bakı ilə münasibətlərə dəyər verdiyini bildirib.

Peskov Ermənistanla Avrasiya İqtisadi Qrupunda, KTMT-də bir yerdə olduqlarını, xalqlar arasında uzunmüddətli dostluq əlaqələrinin mövcudluğundan danışıb.

“Azərbaycanlılarla da eynilə belədir – biz dostluğumuzla, Azərbaycan xalqı ilə tarixi dostluğumuzu qiymətləndiririk. Məhz bu yanaşma Rusiyaya (Dağlıq Qarabağda nizamlanmada) tərəfsiz vasitəçi rolunu oynamağa imkan verdi”, – deyə prezidentin mətbuat katibi əlavə edib.

Peskov hesab edir ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağdakı münaqişənin həlli üçün bir neçə il əvvəl qan tökülməsinin qarşısını alacaq formullar təklif etdi.

“Bu formullar mövcud idi, beynəlxalq danışıqlar prosesinin iştirakçıları tərəfindən yaxşı tanınıb, amma təəssüf ki, bu və ya digər səbəbdən işləmədi. Əgər tətbiq olunsaydı, hətta iki il əvvəl olsaydı, çox güman ki insan itkisindən qaçmaq mümkün idi”, – deyə Peskov bildirib.

Kateqoriya üzrə digər xəbərlər

Türkiyənin artan gücü onları HƏRƏKƏTƏ KEÇİRDİ: Qardaş ölkəyə qarşı çirkin ittifaq

Admin

Türkiyə ilə Azərbaycan arasında daha bir sənəd təsdiq edildi

Admin

“Fərat qalxanı” bölgəsində GƏRGİNLİK

Admin

Bolqarıstanda Rusiyaya casusluq edən 5 nəfər həbsdə qaldı

Admin

23 yaşlı gənci övladlığa götürdü, sonra ona ərə getdi – FOTO

Admin

Ermənistan Azərbaycana qarşı kiberhücumlar həyata keçirir – RƏSMİ

Admin

Şərh yazın