Image default
DÜNYA HADİSƏ / CİNAYƏT

Paşinyanın köməkçisi itkin düşüb? – Əsgər anaları qəzəbləndi

Ermənistanın baş naziri Nikol Paşinyanın köməkçisi Qaqik İsaxanyan övladları 44 günlük müharibədə itkin düşən valideynlərin işləri ilə maraqlanmır.

Bu barədə övladları itkin düşmüş əsgər anaları məlumat yayıblar. Onlar Paşinyanın köməkçisinin də itkin düşdüyünü bildiriblər:

“Neçə müddətdir ki, itkin düşən övladlarımızın taleyindən bizə məlumat verilmir. Narahatıq və bunu başa düşən yoxdur. Baş nazir öz köməkçisini, İsaxanyanı bizimlə calaşdırmışdı ki, nə problemimiz olsa, ona deyək. Ən son məlumatları da o bizə verəcəkdi. Amma uzun müddətdir ki, Qaqik ortada yoxdur. Görünən odur ki, o da bizim oğullarımız kimi itkin düşüb. İtkin hərbçi ailələrinə dövlətin ödədiyini pul da dayandırılıb. Bunun səbəbi barədə bizə kim məlumat verəcək?”

Kateqoriya üzrə digər xəbərlər

Ermənistanın ordumuza qarşı suriyalı muzdlulardan istifadə etməsi bir daha sübut olundu – FOTO

Admin

Spiker Sahibə Qafarova Əfqanıstanın səfiri ilə müzakirələr apardı

Admin

Narkotik maddə ilə saxlanılan şəxsdən silah aşkarlandı

Admin

Bakıda marketdə ana və qızı döyüldü

Admin

İranda əhali zibili şəhər şurasının binası önünə atır – VİDEO

Admin

Gürcüstanın baş naziri Azərbaycana gəldi

Admin

Şərh yazın