Image default
AZƏRBAYCAN DÜNYA

Paşinyan: “Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırıq”

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu açıqlayıb.

Onun sözlərinə görə, Türkiyə prezidenti Ermənistanla münasibətlərin normallaşması ehtimalını açıq şəkildə şərh edib.

“Bu bəyanatlarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, avtomobil və dəmir yolu əlaqələrinin bərpasını müzakirə etmək üçün bir fürsət görürük. Biz daha geniş kontekst əldə edə biləcək belə bir söhbətə hazırıq”, – deyə Paşinyan bildirib.

Ermənistan baş naziri qeyd edib ki, əslində söhbət bölgənin Şimalını Cənubla, Şərqini Qərblə birləşdirəcək bir qovşağa çevrilməsindən gedir.

Paşinyan əlavə edib ki, Rusiya bu prosesə kömək etməyə hazır olduğunu bildirib. Avropa İttifaqı, xüsusən Fransa və ABŞ da bu prosesdə maraqlıdır. Çin və Hindistanın bölgədəki kommunikasiya layihələrinin inkişafına münasibəti də məlumdur.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda “erkən böyüməyə” məcbur qalanlar: Minlərlə şəxs uçurumun astanasındadır – RƏSMİ

Admin

Koronavirusdan ölən xalq artistinin dəfnində iştirak edənlər cərimələndi – RƏSMİ + VİDEO

Admin

Mövlud Çavuşoğlu: “Ermənistanın törətdiyi vəhşiliklərə susmaq onların cinayətlərinə ortaq olmaqdır”

Admin

Nursultan Nazarbayev İlham Əliyevə məktub göndərdi

Admin

Helikopterin vurulmasıyla bağlı Kremldən RƏSMİ REAKSİYA

Admin

Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağla bağlı bəyanat qəbul edib

Admin

Şərh yazın