Image default
DÜNYA

Paşinyan Ermənistanın sülhə məcbur edildiyini dilə gətirir – TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında xarici siyasət prioritetlərindəki niyyətləri açıqlayıb.

Nikol Paşinyanın deyib:

“Ermənistanın Rusiya və İranla dəmir yolu əlaqəsi qurması son dərəcə vacibdir. Bu məsələnin üçtərəfli formatda (Ermənistan, Rusiya, Azərbaycan) həlli üçün kommunikasiyaların açılması mövzusu müzakirə olunur.

Bakının da Naxçıvanla əlaqə qurmaq istədiyini anlayaraq, konkret nəticələr əldə etmək üçün səy göstərməyə qərarlıyıq və hazırıq”.

Paşinyanın mövqeyi İrəvanın Zəngəzur dəhlizinin açılmasına razı olduğunun, daha doğrusu buna məcbur edildiyinin bəyanıdır.

Nikol Paşinyan son bəyanatından əvvəlki proseslərə diqqət yetirmək lazımdır:

– 10 noyabr bəyanatından sonra Azərbaycan Zəngilan və Qubadlıda dövlət sərhədinin möhkəmləndirilməsi işlərindən sonra bu prosesi yeni coğrafiyaya – Laçına və Kəlbəcərə daşıdı, ordu strateji yüksəkliklərdə mövqeləndi;

– Bununla paralel Naxçıvanda da dövlət sərhədinin Ermənistanla zolağında möhkəmlənmə işləri sürətləndi;

– Azərbaycan-Türkiyə birgə təlimlərinin sürətləndiyi zaman İrəvan bu günə qədər dilə gətirmədiyini aşkar müstəviyə daşıdı.

Birinci bənd üzrə fikrimizi inkişaf etdirək: Delimitasiya prosesi demək ki, Azərbaycan ordusunun ən yüksək səviyyədə strateji məntəqələrdə mövqelənməsi ilə nəticələnib. Azərbaycan bu yaxınlarda bunu əyani şəkildə göstərdi, İranla Ermənistan arasında magistral yolu (Gorus-Qafan yolu) bağladı. Ermənistan isə çıxış yolu qalmadığını düşünür, ya vəlvələdən, ya da zəlzələdən mövqeyini aydın şəkildə ifadə etməlidir, əks təqdirdə daha çox zərər çəkəcək.

İkinci bənd üzrə: Naxçıvanda strateji möhkəmlənmə işləri İrəvana yaxın coğrafiyada Azərbaycanın mövqelərinin güclənməsinə gətirib çıxarır, bir sözlə Ermənistan Azərbaycan ordusunun mühasirəsinə alınır.

Naxçıvanda ən müasir silahlar, o cümlədən raketlər yerləşdirilib, onlarla İrəvanın arasını ən uzaq halda 80 kilometr məsafə ayırır.

Ermənistan isə müharibədəki məğlubiyyətdən sonra hərbi dirəniş göstərmək qabiliyyətindən tamamilə məhrum olub, ona görə də hər hansı güc amilini işə salmağı ağlından keçirsə belə, bunun praktiki faydalılıq əmsalının mümkünsüzlüyünə də əmindir.

Üçüncü bənd üzrə: Azəbaycan-Türkiyə birgə təlimləri, o cümlədən xüsusi təyinatlıların məşqi, eyni vaxtda bir neçə coğrafiyada ortaq təlimlərin keçirilməsi İrəvanı lərzəyə salır.

Güc amili sülhə məcbur etmək üçün vacib komponentdir, Bakı və Ankara bunu bacarıqla həyata keçirir.

Paşinyan açıqlamasında Türkiyə ilə münasibətlərə toxunarkən belə bir cümlə işlədib: “Biz Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, avtomobil və dəmir yolu əlaqələrinin bərpasını müzakirə etmək üçün bir fürsət görürük”.

Bu zamana qədər Paşinyan hökuməti Zəngəzur dəhlizində yalnız dəmir yolunu önə çəksə də, indi artıq avtomobil yolundan da bəhs edilir.

Hərçənd ki, Paşinyan həmin fikri Türkiyə ilə quru əlaqələrinin bərpası kontekstində səsləndirib, ancaq bunu həm də Zəngəzur dəhlizinin tam gücü ilə işləməsinə proyeksiya edən mövqe kimi dəyərləndirə bilərik.

Sual oluna bilər: Niyə?

Bu ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziyasına müsahibəsində demişdi ki, Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır:

“Biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçə bilərik”.

Məsələyə qlobal prizmadan da yanaşanda görürük ki, Zəngəzur dəhlizinin açılmasında Rusiya, İranla yanaşı ABŞ, Britaniya, Çin və Avropa İttifaqı da maraqlıdır.

Paşinyanın açıqlamasından çıxaracağımız nəticə:

1. Ermənistan sülhə məcbur edildiyini nümayiş etdirir,

2. Bu, sülh müqaviləsinin imzalanması üçün zəmin yaradıldığının elanıdır.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycan Ordusu Ermənistan-İran sərhədində elə bir şeyin şahidi oldu ki, Qarabağ hər an… – ŞOK DETALLAR

Admin

Paşinyanın bu inanılmaz addımına hazır olun – Kuznetsov

Admin

BMT Ermənistanı yezidi hüquq müdafiəçisinə qarşı təqibi dayandırmağa çağırdı

Admin

İrəvanda hərbçilər Qasparyana dəstək aksiyası keçirirlər

Admin

Bölgədə yaşanan gərginliyin kökündə… – Ceyhun Bayramov

Admin

Türkiyə dünyada analoqu olmayan PUA ilə gəlir – Tarix açıqlandı

Admin

Şərh yazın