Image default
DÜNYA HADİSƏ / CİNAYƏT

Pakistanda qatarlar toqquşdu: 51 ölü, 100 yaralı – FOTO/VİDEO (YENİLƏNDİ)

Pakistanın Sind əyalətinin Qotki rayonunda sərnişin qatarlarının toqquşması nəticəsində xəsarət alanların sayı 100-ə, ölənlərin sayı 51 nəfərə çatıb.

Bu barədə  xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, yaralılardan 25-nin vəziyyəti ağırdır.

Qəza səbəbindən qatarların hərəkətində yubanmalar yaranıb.

Qeyd edək ki, hadisə dünən ölkənin cənubunda qeydə alınıb. Sərnişin qatarları Sind əyalətində, Qotki rayonunda dəmiryol stansiyasında toqquşub. Relsdən çıxmış qatar digər qatara çırpılıb.

xxx

09:18 – 07.06.2021

Pakistanda iki qatarın toqquşması nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb.

Bu barədə “Samaa TV” telekanalı xilasedicilərə istinadən məlumat yayıb.

Məlumata görə, qəza zamanı 14 vaqon çevrilib. Eyni zamanda 8 vaqon tamamilə sıradan çıxıb.

xxx

08:00

Pakistanın cənubunda iki sərnişin qatarının toqquşub.

Bu barədə “TV9 Hindi” telekanalı yerli polis və xilasetmə briqadalarına istinadla məlumat yayıb.

Qeyd edilir ki, qəza nəticəsində ən azı 33 nəfər ölüb, daha 50 nəfər xəsarət alıb.

Bildirilir ki, hadisə Sind vilayətinin Qotki şəhərinin ərazisində baş verib. Qatarlardan biri relsdən çıxdı, bundan sonra ikinci sərnişin qatarının üstünə çırpılıb.

Kateqoriya üzrə digər xəbərlər

Əfqanıstanda 5 türk mütəxəssis “Taliban”ın mühasirəsində qaldı

Admin

Rusiyada faciə: Havaya qalxan batutdan iki azyaşlı yerə çırpıldı – FOTO/VİDEO

Admin

NATO-nun Baş katibi Rusiyaya ÇAĞIRIŞ ETDİ

Admin

Tramp Dağlıq Qarabağdakı münaqişəyə münasibət bildirdi

Admin

Səfirlik azərbaycanlıların qanunsuz miqrant kimi qeydə alınmaması üçün hərəkətə keçdi

Admin

Rusiyaya qarşı hərəkətə keçdilər: 2021-2025-ci illərdə…

Admin

Şərh yazın