Image default
HƏRBİ

Ordumuz sayəsində Azərbaycan xalqı başını uca tutur – Polkovnik

Şanlı Azərbaycan Ordusunun yaranmasının 103-cü ildönümünü bu il tamam fərqli əhval-ruhiyyədə qeyd etdik. Builki Silahlı Qüvvələr Günü əvvəlkilərdən fərqlənir. Ona görə ki, bu gün biz qalib Ordumuzu, qalib əsgərimizi, qalib Ali Baş Komandanımızı təbrik edirik. 30 il davam edən nisgil tarixi zəfərlə yekunlaşdı. Ordumuzun sayəsində Azərbaycan xalqı bu gün başını uca tutur. Azərbaycan əsgəri 50 milyon azərbaycanlını sevindirdi.

Bu sözləri   danışan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

O bildirib ki, Azərbaycan xalqı 26 iyunu qürurla qeyd etdi: “Xalqımız əsgər və zabitlərimizin əməyinə qiymət verir, şəhidlərimizin məzarını ziyarət edirlər. Bu gün şəhidlərimizin də ruhu şaddır ki, onların qanı yerdə qalmadı, torpaqlarımız işğaldan edildi. Azərbaycan əsgəri bu gün o torpaqları qürur hissi ilə qoruyurlar. Erməni vandalları bir daha heç vaxt işğalçılıq niyyətinə, torpaq iddiasına düşməyəcəklər. Əgər belə bir şeyə niyyətli olarlarsa, qarşılarında Azərbaycan ordusunu, bu ordunun yenilməz əsgərlərini görəcəklər. Biz bütün Azərbaycan xalqına təşəkkür edirik. Çünki xalqımız əsgər və zabitlərimizə dəstə göstərdi, onların yanında oldu. Bütün Azərbaycan xalqı Ali Baş Koamndanın bu xidmətinə dəstək verdi, onunla bir oldular. Bu gün biz tədbirlər keçiririk, çoxları təklif edir ki, uğurlu xidmətlərinə görə Ali Baş Komandana Milli Qəhraman adı, Azərbaycanın ən ali fəxri adı verilsin

 

C.Xəlilov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyev dünyanın informasiya platformalarında çıxışlar edərək Azərbaycanın haqlı mövqeyini göstərdi: “Dövlət başçısı çox sayda nüfuzlu media qurumlarına müsahibələr verdi, bütün dünyaya Azərbaycanın ədalətli mövqeyini nümayiş etdirdi. O, informasiya cəbhəsində uğurla savaşdı. Cənab Prezidentin çıxışları xüsusi olaraq bu məsələlərin həllində, ölkəmizin ədalətli mövqeyinin bərpasında kömək oldu. Qonşu dövlətlər bu müddətdə bizə dəstə verdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beynəlxalq təşkilatlarda Azərbaycanın tək olmadığı, bizim daim yanımızda olduqları ilə bağlı verdiyi bəyanatlar, Türiyənin digər rəsmi şəxslərinin çıxışları xarici müdaxilələri bu məsələdən çəkindirdilər. Azərbaycan təkbaşına, öz gücü hesabına tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyünü təmin etdi. Biz buna çox sevinirik”.

Polkovikin sözlərinə görə, Ali Baş Komandan Azərbaycan Ordusunun hər bir zabit və əsgərini daim diqqətdə saxlayır və onlar dövlət qayğısı ilə əhatə olunublar: “Prezident İlham Əliyev 24-15 iyun tarixlərində xüsusi sərəncamlar imzaladı. Bu sərəncamları ilə minlərlə hərbi qulluqçularımızı mükafatlandırdı. Onların sosial təminatı daim dövlətin, dövlət başçımızın diqqətindədir. Şəhid ailələri hər zaman dövlətin qayğısı ilə əhatə olunur. Ali Baş Komandan ötən gün imzaladığı sərəncamla hərbi qulluqçuların əməkhaqlarını 20-60 faiz miqdarında artırdı. Bu, çox sevindirici haldır. Azərbaycan Ordusu bu gün dövlətimizin, ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Bu gün Azərbaycan əsgəri də fəxrlə xidmət edir ki, onun arxasında Azərbaycan xalqı dayanıb. Qüdrətli Azərbaycan Ordusunu, bu ordunun müzəffər əsgər və zabitlərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, onlara şərəfli xidmətlərində uğrular arzulayıram”.

Kateqoriya üzrə digər xəbərlər

Kürdə batan şəxs Vətən müharibəsi iştirakçısı imiş – FOTO

Admin

Hərbi təxribatları Ermənistana daha 20 milyon dollar zərər vurdu – FOTO

Admin

Polad Həşimovla bağlı xatirələr kitab oldu – VİDEO

Admin

Düşmən Daşkəsəni atəşə tutdu: Meşəlik ərazidə yanğın

Admin

Ermənilər Tərtərə 20-yə yaxın top mərmisi atıb

Admin

Ceyhun Bayramov: “Bu gün Azərbaycanın şanlı ordusu tarix yazdı!” – FOTO

Admin

Şərh yazın