Image default
DÜNYA

Ordu dağılır, etiraz dalğası böyüyür… – Paşinyanın “xalq ordusu” planının hədəfləri

Ermənistanda könüllü hərbi dəstələrin, müdafiə naziri David Tonoyanın təbirincə desək, “xalq ordusu”nun yaradılması məqsədilə “Müdafiə haqqında” qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Belə bir addım erməni ordusunun istər qüvvə, istərsə əhval-ruhiyyə baxımından ağır vəziyyətdə olduğu fikrini önə çıxarır. Eyni yanaşma erməni cəmiyyətində də var, hakimiyyət isə bunu müxtəlif formalarla əsaslandırmağa çalışır.

Nikol Paşinyan hakimiyyətini belə bir addım atmağa məcur edən səbəbləri qanun layihəsini əsaslandırmağa çalışan David Tonoyanın açıqlamasında görmək mümkündür.

Tonoyanın açıqlaması üç hissədən ibarətdir:

Birincisi, erməni cəmiyyətinin daim “təhlükədə” saxlanılmasıdır.

Potensial düşmənin döyüş hərəkətlərinin araşdırılması göstərir ki, hərbi əməliyyatların ağırlıq mərkəzi kəşfiyyat və ya xüsusi əməliyyatların geniş tətbiqi ilə daxili tərəfə yönəldilə bilər”, – deyən Tonoyan bununla ermənilərə “hərbi toqquşmalar evinizin içinə qədər girə bilər” mesajını verir.

İkincisi, Azərbaycanın adı hallandırılmasa da, ölkəmizin timsalında “xarici düşmən” obrazının gücləndirilməsi, erməni əhalisinin bu təhlükə ətrafında birləşdirilməsi niyyətidir.

Tonoyan iddia edir ki, “onlara (yəni Azərbaycana-red) müqavimət göstərmək, zərərsizləşdirmək üçün potensial döyüş əməliyyatları zamanı ərazini, əhalini, strateji obyektləri və infrastrukturu etibarlı şəkildə qoruya biləcək “xalq ordusu” yaratmaq lazımdır”.

Bu, faktiki olaraq, erməni cəmiyyətinin diqqətinin daxili problemlərdən kənarlaşdırmaq və hakimiyyətin ətrafında sıx birləşmək məqsədilə sadə erməniyə hərbi təhlükənin təkcə cəbhədə yox, yaşadıqları hər yerdə mövcud olduğu qorxusunu aşılamaqdır.

Üçüncüsü, erməni hərbi birləşmələrinin mövcud resurslarının yetərli olmadığının etirafıdır.

Geniş miqyaslı müharibə vəziyyətində aktiv ordunun resursları yetərli olmaya bilər”. – Tonoyan etiraf edir.

Qanun layihəsinə görə “xalq ordusu” erməni silahlı qüvvələrinin baş qərargah rəisinə tabedir və könüllü dəstələr hərbi hazırlıqdan keçməlidirlər.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin qanun layihəsinin ictimai lobbiçiliyini genişmiqyaslı şəkildə aparması “Müdafiə haqqında” qanuna dəyişikliklərin qəbul ediləcəyi deməkdir. Parlamentdə hakim “Mənim addımım” partiyasının kürsülərin çoxunu tutması da heç bir maneənin yaranmayacağını göstərir.

“Xalq ordusu”nun yaradılması Ermənistanda hərbi və sosial-iqtisadi vəziyyətin ağırlığından, həmçinin, hakimiyyətin qarşıdakı planlarından qaynaqlanır.

Tonoyan da etiraf edir ki, müharibə olarsa, “aktiv ordunun resursuaları yetərli olmaya bilər”. Ermənistanda hərbi xidmətə çağırışçıların sayı hər il daha da azalır. Buna səbəb ölkə əhalisinin miqrasiya etməsi və gənclərin ordudan yayınmasıdır.

Bu ilin təkcə yanvar-mart aylarında 18 min erməni ölkədən qaçıb. Qeyri-rəsmi statistikada rəqəmlərin daha çox olduğu bildirilir. Ölədən getmək istəyən minlərlə erməni pandemiyaya görə tətbiq olunan karantin rejiminin yumşaldılmasını gözləyirlər.

Erməni ekspert Artak Markosyan bildirir ki, “ölkədə real demoqrafiya pisləşməyə doğru gedir. Bu ilin birinci rübündə doğum sayı ötən illə müqayisədə 450 nəfər azalıb. Ölkədə ölüm yaşı da aşağı düşür”.

Erməni gənclərsə hərbi xidmətdən yayınmaq üçün hər yola əl atırlar.

– İmkanlı ailələr övladlarını ya hərbi xidmətə göndərmir, ya da ən yaxşı halda “elit” bölmələr hesab olunan, döyüş bölgəsindən uzaq ərazidə yerləşən hərbi hissələrdə xidmət etməsi üçün böyük məbləğdə pullar ödəyir;

– İmkanı olmayan ailələrin övladları isə orduya getməmək üçün özlərini gey kimi qələmə verir, cinsi azlığın nümayəndəsi kimi yaşayır;


Erməni şərhçi Qalust Qriqoryan yazır ki, Ermənistan ordusunda vəziyyət pisləşdikcə, erməni gənclərinin geyliyə meylliyi də çoxalır.

Nə qədər Ermənistan ordusunda atmosfer pisləşəcək, nə qədər iqtisadiyyatda vəziyyət ağırlaşacaq, o qədər geylərin sayı sürətlə artacaq. Son illərdə Ermənistan cəmiyyətində silahlı qüvvələrin nüfuzu sürətlə düşür. Çoxsaylı əsgər ölümləri təkcə ön cəbhədə yox, həm də arxada, döyüşün getmədiyi yerlərdə də qeydə alınır. Zabitlərin əsgərləri təhqiri, genişmiqyaslı korrupsiya, “dedovşina”, normal qidalanma və geyimin yoxluğu, xüsusilə alt paltarlarının çatışmazlığı və digər hallar erməni gənclərinin ordudan qaçmasına səbəb olub. Bütün bunların fonunda erməni generallarının sərbəst həyat tərzi qıcıq yaradır. Erməni gənclərinin belə orduda xidmət etmək istəməməsi təbiidir. Hansı ailənin imkanı varsa övladlarını orduya göndərmir, yaxud da arxa cəbhədəki “elit” hərbi hissələrə göndərirlər. Bütün bunlara görə erməni gənclər ordudan yayınmağın çıxış yolu kimi gey olmaqda görürlər, çünki homoseksuallar hərbi xidmətdən azaddır. 2003-cü ildə Ermənistanda homoseksuallığa görə cinayət tərkibi ləğv edilməsi, 2008-ci ildə seksual oriyentasiya və gender bərabərliyi haqqında BMT Bəyannaməsinin imzalanması da buna geniş imkanlar yaradır. Təbii ki, hərbi komissarlığı və tibb komissiyasını aldatmaq elə də asan deyil, lakin bu, hərbi xidmətə getməmək qərarını verən cavan oğlanlar dayandırmır. Onlar hərbi xidmətə getməmək və həlak olmamaq üçün hər şeyə hazırdırlar”, – erməni şərhçi yazır.

Orduda çağırışçı çatışmazlığı və özlərinin də etiraf etdiyi kimi, yetərli gücün olmaması Ermənistan hakimiyyətini “xalq ordusu” adı altında könüllü dəstələrə bel bağlamağa məcbur edir.

“Xalq ordusu” yaradılması qərarı iki fərqli nöqteyi-nəzərdən də diqqət çəkir.

Birincisi, qanun layihəsində könüllülərin hərbi hazırlıq keçəcəyi nəzərdə tutulur. Bunun üçün böyük maliyyə vəsaiti lazımdır, hətta bir aylıq təlimlər zamanı belə könüllülərin qidalanmasından tutmuş, geyiminə qədər hər şey pul tələb edir. Bu, Ermənistanın sosial-iqtisadi vəziyyəti, işsizliyin və yoxsulluğun sürətlə artması fonunda sual yaradır: erməni hakimiyyəti bu vəsaiti necə təmin edəcək?

İkincisi, “xalq ordusu”na kütləvi könüllü cəlb olunursa, sadə dillə desək, ölkədə hakimiyyətə etiraz etməyə adam tapılmayacaq.

Burada Nikol Paşinyanın fırıldağı ortaya çıxır.

– Hakimiyyət “xalq ordusu”nu yaratmaq məqsədilə erməni diasporundan əlavə vəsait alacaq və Paşinyanın şəxsi sərvətini artırması xəbərləri fonunda bu vəsaitin böyük hissəsinin mənimsəniləcəyi istisna deyil.

– İşsizlik və yoxsulluğun artması Ermənistanda ciddi etiraz mühiti yaradıb və erməni ekspertlər də yaxın dövrdə kütləvi aksiyaların keçiriləcəyini proqnozlaşdırırlar. Əhalinin, xüsusilə gənc təbəqənin “xalq ordusu”na cəlb olunması etiraz elektoratının ən yaxşı halda parçalanması, ən pis halda yoxa çıxması deməkdir.

– Övladı “xalq ordusu”nda könüllü olan erməni valideynlər hakimiyyətə qarşı etirazdan çəkinəcək.

– İstənilən etiraz ölkənin təhlükəsizliyinə qarşı təxribat kimi qələmə verilərək, dağıdılacaq.


“Xalq ordusu”nun yaradılması qərarı Ermənistan müxalifətinin payıza ciddi hazırlıq görməsi fonunda da diqqət çəkir.

“Hraparak” qəzeti müxalifətin genişmiqyaslı hazırlıqlara başladığını yazır.

Parlamentdə ikinci böyük fraksiyanın – “Çiçəklənən Ermənistan” Partiyasının deputatlıq toxunulmazlığı ləğv olunan lideri Qaqik Sarikyan yerlərdə təşkilatlanmalara başladıqlarını açıqlayıb.

Keçmiş prezident Serj Sarkisyanın lideri olduğu Respublika Partiyası da bölgələrdə işini yenidən qurur.

Erməni siyasi mühitinin yeni “parlayan ulduzu” olan “Vətən” partiyasının lideri Artur Vanetsyan da əhali ilə görüşlərini sürətləndirib.

Hətta hazırda Paşinyan hakimiyyətini dəstəkləyən yeganə iki siyasi partiyadan biri olan “Sasna Srer” də etirazlara hazırlaşır. Partiya sentyabrın əvvəlində yürüş keçirmək üçün İrəvan bələdiyyəsinə müraciət ünvanlayıb.

Daxili siyasi gərginlik fonunda “xalq ordusu” Paşinyana həm də siyasi rəqiblərinə qarşı güc vasitəsi olaraq istifadə etmək üçün lazımdır.

Kateqoriya üzrə digər xəbərlər

ÜST-dən 5G ilə bağlı açıqlama: Radiodalğalar… – Video

Admin

AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək

Admin

Rusiyadan İrəvana 170-dən çox reys təşkil olundu – MN

Admin

Türkiyə iki nəhəng layihəyə başlayır: 500 min nəfər…

Admin

İzmirdə suya düşən xəyallar: Məşhur aktrisanın qohumları olan əkizlər zəlzələnin qurbanı oldular – FOTO/VİDEO

Admin

Moskva Koçaryanı hakimiyyətə hazırlayır – TƏHLİL

Admin

Şərh yazın