Image default
AZƏRBAYCAN

Ölkəyə gətirilən hibrid avtomobillərin ümumi dəyəri AÇIQLANDI

2021-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən 5 879 ədəd avtomobil idxal edib.

Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, idxal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 426 ədəd və ya 2,4 dəfə çoxdur.

İdxal edilən avtomobillərin ümumi dəyəri 36 389 740 dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Təkcə iyul ayında 1 001 ədəd bu tipdə avtomobil idxal edilib və onların ümumi dəyəri 6 370 570 dollar olub.

Eləcə də, yanvar-iyul ayları ərzində yalnız elektrik mühərriklə hərəkətə gətirilən 44 ədəd avtomobil idxal edilib və onların ümumi idxal dəyəri 1 533 010 dollar olub. Təkcə iyul ayında isə ölkəmizə səkkiz ədəd elektrik mühərrikli maşın idxal edilib.

Qeyd edək ki, yeddi ay ərzində idxal olunan daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilə bilən avtomobillər ümumi idxal edilən avtomobillərin 12,4 faizini təşkil edib.

Kateqoriya üzrə digər xəbərlər

Dövlət Baxçalı İlham Əliyevə hədiyyə göndərdi – FOTO

Admin

Azərbaycanda daha iki zəlzələ hiss olunub

Admin

Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək – RƏSMİ

Admin

Azərbaycanda boşanmış ər-arvad “Facebook”da saxta profillərlə yenidən tanış oldu

Admin

Azərbaycan XİN Laçındakı təlimlərlə bağlı Ermənistanın iddiasına cavab verdi

Admin

İlham Əliyevdən Fransa parlamentinin təxribatçı addımına SƏRT REAKSİYA

Admin

Şərh yazın