Image default
AZƏRBAYCAN İQTİSADİYYAT

Ölkədən 1,1 milyard manatlıq valyuta necə çıxarılıb? – Mərkəzi Bankdan REAKSİYA

Azərbaycan Respublikasının Mərkəzi Bankı kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinad edilərək banklar vasitəsilə ölkədən qanunsuz olaraq nağd xarici valyutanın çıxarılması ilə bağlı məlumatlara və bununla əlaqədar ekspert şərhlərinə aydınlıq gətirib.

Mərkəzi Bankdan  verilən məlumatda bildirilir ki, Hesablama Palatasının aidiyyəti hesabatı 2020-ci ilin deyil, 2019-cu ilin nəticələrini əhatə edir və qeyd edilən faktlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılan yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsindəki natamamlıqları əks etdirir.

“Yoxlanılan dövr ərzində Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları tərəfindən ölkədən kənara təqribən 1,1 milyard manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin çıxarılması isə rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilib. Bu əməliyyatlar normal bank fəaliyyəti praktikasına uyğun şəkildə bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi məqsədini daşınıb.

Banklar tərəfindən ölkədən ixrac olunan nağd xarici valyutanın 90 faizdən çoxunu Avroda olan vəsaitlər təşkil edib. Avropa Mərkəzi Bankının 500 avroluq əskinasların dövriyyədən çıxarılmasına dair aidiyyəti qərarı ilə həmin nominaldan olan əskinasların kütləvi şəkildə dövriyyədən çıxarılaraq kommersiya banklarına təhvil verilməsi səbəbindən banklar həmin banknotları xarici banklardakı müxbir hesablarına mədaxil etmək məqsədilə ixrac ediblər. Çıxarılan vəsaitlərin digər hissəsi isə xarici banklarda hesablaşmalarda istifadə etmək, habelə gəlir əldə etmək üçün qeyri-rezident banklarda depozitə yerləşdirmək məqsədini daşınıb.

Bir daha qeyd etmək istəyirik ki, bütün hallarda həmin vəsaitlər hər hansı bir müştərinin deyil, məhz bankların özlərinin vəsaitlərindən ibarət olub.

Nağd xarici valyutanın banklar tərəfindən ölkəyə gətirilməsi və ölkədən çıxarılması rəsmi bank əməliyyatlarıdır və banklarda mövcud olan biznes proseslərlə və normativ hüquqi sənədlərlə tənzimlənir və müvafiq valyuta nəzarəti qurumları tərəfindən ciddi nəzarət olunur.

Qeyd olunan əməliyyatlar həm bankların özlərinin rəsmi hesabatlarında, həm də Mərkəzi Banka təqdim edilən hesabatlarda, habelə tədiyə balansı hesabatında müvafiq qaydada əks etdirilib və uçotu aparılıb”.

Kateqoriya üzrə digər xəbərlər

Hikmət Hacıyev: “Ermənistanın məsuliyyətsiz davranışı ciddi şəkildə pislənilməlidir” – FOTO

Admin

Kəmaləddin Heydərov beynəlxalq təşkilatları məlumatlandırdı

Admin

İran XİN azərbaycanlı hərbçilərin ölümünə görə təəssüfünü ifadə edib

Admin

Azərbaycana qarşı növbəti təxribat: Lanz şəbəkənin içindədir? – TƏHLİL

Admin

Azərbaycanın meşə ilə örtülü sahələrinin 25 faizi işğal altında olan ərazilərdə yerləşir – AÇIQLAMA

Admin

İlham Əliyev: “Onların fikrincə, hər şey çox məntiqlidir, lakin çox böyük səhv etdilər”

Admin

Şərh yazın