Image default
İQTİSADİYYAT

Ölkədə məşğul və işsiz əhalinin sayı açıqlandı

2021-ci il iyun ayının 1-nə ölkədə iqtisadi fəal əhalinin, yəni məşğul və işsiz əhalinin ümumi sayı 5 milyon 268,8 min nəfər olub.

Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, onlardan 4 milyon 908,2 min nəfərini məşğul əhali təşkil edib ki, bu da illik müqayisədə 0,1 faiz, aylıq müqayisədə isə 0,2 faiz çoxdır.

Bildirilib ki, iyun ayının 1-nə muzdla çalışan işçilərin sayı 1 milyon 678,4 min nəfər olub ki, illik müqayisədə 0,1 faiz artım, aylıq müqayisədə isə 0,1 faiz azalma qeydə alınıb.

İqtisadiyyatın dövlət sektorunda 913,6 min nəfər fəalliyət göstərir. Ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz, aylıq müqayisədə isə 0,2 faiz azalma müşahidə olunub.

Qeyri-dövlət sektorunda isə 764,8 min nəfərin fəaliyyət göstərdiyi müəyyənləşib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz, əvvəlki ayın nəticələri ilə müqayisədə 0,1 faiz çoxdur. Bu da özəl müəssisələrin işə qəbul prosesində daha çox aktivləşdiyini göstərir.

Qeyd edək ki, iqtisadiyyatın neft-qaz sektorunda 32,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 645,7 min nəfər çalışıb. 2021-ci ilin yanvar-aprel aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 143,4 saat təşkil edib.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda vergi ödəyicilərinə XƏBƏRDARLIQ

Admin

Ağ Ev Azərbaycana iki milyon dollar vəsait ayırıb – FOTO

Admin

Azərbaycanda buğda və unun qiyməti ilə bağlı QƏRAR VERİLDİ

Admin

Naxçıvanda saxta əskinas satan şəxs saxlanılıb

Admin

Dövlət 13 mindən çox tələbənin təhsil haqqını ödəyib

Admin

Azərbaycanlı gəncin qeyri-adi hobbisi – VİDEO

Admin

Şərh yazın