Image default
İQTİSADİYYAT

Ölkə üzrə sığorta ödənişlərinin həcmi KƏSKİN ARTIB

2021-ci ilin yanvar-iyul ayları ərzində sığorta şirkətləri tərəfindən yığılan sığorta haqlarının ümumi həcmi 528 257 500 manat, sığorta ödənişlərinin həcmi isə 301 178 700 manat olub.

Sığorta haqlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz, sığorta ödənişlərinin həcmi isə 32,6 faiz artıb.

Bu onu göstərir ki, ölkədə sığorta sektoru 11,7 faiz böyüyüb. Eləcə də, sığorta ödənişlərinin də həcmi əhəmiyyətli dərəcədə – 74 049 600 manat artıb.

Belə ki, könüllü sığorta növü üzrə sığorta şirkətləri tərəfindən 364 792 100 manat, icbari sığorta növü üzrə isə 163 465 400 manat sığorta haqqı yığılıb. Könüllü sığorta növü üzrə yığımların həcmi icbari sığorta üzrə yığımların həcmindən 2,2 dəfə çox olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə könüllü sığorta növü üzrə yığım həcmi 12,1 faizə qədər, icbari sığorta növü üzrə yığımlar isə 11 faiz artıb.

Könüllü sığorta növü üzrə sığortalanan şəxslərə şirkətlər tərəfindən 228 183 800 manata qədər, icbari sığorta növü üzrə isə 72 994 900 manata qədər sığorta ödənişi edilib. Könüllü sığorta üzrə ödənişlərin həcmi icbari sığorta ödənişlərinin həcmini 3,1 dəfə üstələyir.

2020-ci ilin eyni dövrü ilə müqayisədə könüllü sığorta növü üzrə sığorta ödənişlərinin həcmi 24,4 faiz, icbari sığorta növü üzrə ödənişlərin həcmi isə 86,6 faiz artıb.

Əlavə edək ki, avqust ayının əvvəlinə könüllü sığorta ilə avtomobil sığortası üzrə 22 388 700 manat (illik müqayisədə 3,5 faiz az) sığorta haqqı, 8 511 300 manat (illik müqayisədə 16,1 faiz çox) sığorta ödənişi edilib.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə isə 56 557 600 manat (illik müqayisədə 5,3 faiz çox) sığorta yığımı, 38 422 300 manat (illik müqayisədə 17,1 faiz çox) sığorta ödənişi edilib.

 

Kateqoriya üzrə digər xəbərlər

Sahibkarlar elektron qaydada kreditlər əldə edə biləcəklər

Admin

İTV 15 yaşında – Oxu.Az təbrik edir

Admin

MİDA: İyulun 3-də güzəştli mənzillərin növbəti seçimi keçiriləcək

Admin

Ehtiyatda olan zabitin əlilliyə görə müavinəti kəsilib? – AÇIQLAMA

Admin

DSMF-dən noyabr ayı üzrə sosial müavinətlərin ödənilməsi bağlı açıqlama

Admin

Orta aylıq əməkhaqqı artıb – MƏBLƏĞ

Admin

Şərh yazın